İsmayıl bəy Nakamın yaradıcılığı ilə bağlı məqalə xarici nəşrdə
May 29, 2021 | 02:08
Şəki REM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “Литературная критика ХХ века о Накама: объективная и ошибочная” (“XX əsr ədəbi tənqidi Nakam haqqında: obyektivlik və yalnışlıqlar”) adlı məqaləsi Abay adına Qazaxstan Milli Pedaqoji Universitetinin “Xəbərləri”nin “Filologiya elmləri” seriyasının 2021-ci il üçün ilk sayında işıq üzü görmüşdür. Şəki ədəbi mühitinin tədqiqatçısı olan müəllif məqalsəində oxuculara XX əsr ədəbi tənqidində mövzu ilə bağlı yazılan müxtəlif tədqiqat, monoqrafiya və məqalələr əsasında maraqlı bir araşdırma təqdim etmişdir. Kamil müəllimi bu uğuru münasibətilə təbrik edir, tədqiqatlarının davamlı olmasını diləyirik.