AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinin təşkilatçılığı ilə onlayn formatda təşkil edilən konfransda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları iştirak etmişlər
May 21, 2021 | 11:00

AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinin təşkilatçılığı ilə 20-21 may 2021-ci il tarixində təşkil edilən “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları, keçmişi, bu günü və gələcəyi ” mövzusunda onlayn formatda təşkil edilən konfransda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Landşaftşünaslıq” şöbəsinin  rəhbəri, geologiya-minreologiya üzrə fəlsəfə doktoru H.Mustafabəyli və “Genofond və Biomüxtəliflik” şöbəsinin rəhbəri C.Məmmədov iştirak etmiş, “Qarabağın təbii florası, bitkiliyi, meşə və otlaq ekosistemləri” seksiyası üzrə C.Məmmədov “Qarabağ ərazisində təbii, antropogen landşaftların torpaq-su mühinin bərpa edilməsində biomüxtəlifliyi rolu” mövzusunda məruzə etmişdir. Məruzə maraqla dinlənilmiş, təqdim edilən suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.