Tut ipəkqurdu seleksiyası” şöbəsinin elmi işçisi Zərintac Şükürova 28-30 Mart 2021-ci il tarixində Konfransda iştrak etmişdir
Apr 01, 2021 | 11:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, “Tut ipəkqurdu seleksiyası” şöbəsinin elmi işçisi Zərintac Şükürova 28-30 Mart 2021-ci il tarixində İtaliyada (Roma) onlayn formatda keçirilən “EUROPEAN SCIENTIFIC DISCUSSIONS” V Beynəlxalq Elmi və Praktik Konfransda iştrak etmişdir. Əməkdaşımızın Konfransda təqdim etdiyi “Saturnia pyri (Denis & Schiffermüller, 1775) ipəkqurdunun ipək liflərindən serisinin çıxarılması prosesinin araşdırılması” adlı məqalənin tezisi konfrans materialları toplusunda çap olunmuşdur.