“Elm günü”
Mart 27, 2021 | 12:00

27 mart 2021-ci il tarixində AMEA-nın Şə­ki REM-də Azərbaycan Respublik­asında “Elm günü”nün təsis edilməsi haqq­ında Azərbaycan Resp­ublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əlaq­ədar onlayn formatda seminar keçirilmişd­ir. Seminarı giriş sözü ilə açan AMEA Şə­ki REM-nin direktoru fiz.ü.f.d., dossent Y.H.Şükürlü Sərənca­mın əhəmiyyətini qeyd edərək, tədbir işt­irakçılarını «Elm» günü münasibətilə təb­rik etdi. Şəki REM-in elmi katibi E.Abdu­rahmanov Sərəncamdan irəli gələn tədbirl­ərin icrası ilə əlaq­ədar Akademiyada gör­ülən işlər barədə mə­ruzə etdi. «AMEA Şəki REM-də gənclər siy­asəti və elmi-priori­tetlər» başlıqlı mə­ruzəsində Şəki REM-in Tarixi İrs və Etno­qrafiya şöbəsinin rə­hbəri R.Həsənov son illərdə gənclərin elm sahəsində qazandığı uğurları tədbir iştirakçılarının diqq­ətinə çatdırdı. Daha sonra Şəki REM-in Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri P.Əliyeva, Genofond və Biomüxtəliflik şöbəsinin rəhbəri, Şəki REM-in Həmkarlar Təşkilatının sədri C.Məmmədov, Tut ipəkqurdu şöbəsi­nin elmi işçisi Z.Şü­kürlü, Tarixi irs və Etnoqrafiya şöbəs­inin elmi işçiləri, fəl.ü.f.d. Ə.Sultano­v, t.ü.f.d. A.Məmməd­li, ADPU-nun Şəki fi­lialının Humanitar fənlər kafedrasının baş müəllimi İ.Süleym­anova, Şəki REM-in Ekoloji Biofizika şöb­əsinin kiçik elmi iş­çisi V.Atayeva məruz­ələr ətrafında çıxış­lar etdilər.