19 mart 2021-ci il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə seminar keçirilmişdir
Mart 19, 2021 | 11:00
Seminarda Şəki REM-in direktoru fiz.ü.PhD Yusif Şükürlü “Saturnia pyri (Denis Shiffermüller,1775) vəhşi ipəkqurdunun pupunun üzvi və kimyəvi tərkibi” mövzusunda çıxış etmişdir. Məqalədə Lepidoptera növünün Saturnidaida ailəsinə mənsub vəhşi Saturnia pyri ipəkqurdunun canlı pupunun zülal,yağ,vitamin və mineralların miqdarı ilə dəyəri qiymətləndirilmişdir.
Seminarın davamı olaraq Şəki REM-in elmi katibi Elşən Abdurahmanov “ Xalq düşüncə tərzində itə münasibətə tarixi baxış” adlı məqaləsini təqdim etmişdir.Məqalədə müxtəlif dinlərdə və xalqlarda itlə bağlı inanclar,həyata keçirilən rituallar, arxeoloji qazıntılar zamanı aşkara çıxarılan abidələrdə kəsb etdiyi məna, tarixi mənbələrdə bu mövzuda verilən məlumatlar ümumiləşdirilərək təhlil edilmişdir.
Sonda dinləyicilər suallar vermiş , fikir mübadiləsi həyata keçirilərək seminar yekunlaşdırılmışdır.