15.02.2021-ci il tarixində AMEA-nın Şəki REM-nin HT-nın sədri Coşqun Məmmədovun təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq” adlı tədbir keçirilmişdir
Fev 16, 2021 | 05:43

İclası giriş sözü ilə açan Elmi Mərkəzin direktoru f.ü.f.d Yusif Şükürlü bildirdi ki, 27 sentyabr 2020 – ci il tarixində düşmənin növbəti hucumu zamanı öz iradəsinə, xalqına və ordusuna inanan, Ali Baş Komandan “Dəmir yumruq” əks hücum əməliyyatına başlamaq haqqında əmr verdi. Ən müasir döyüş vasitələri və silahlarla silahlanmış Azərbaycan ordusu düşmənin möhkəm istehkamlarını yararaq hücuma keçdi və ilk döyüşlərdən düşmənin küllü miqdarda texnikasını  və canlı qüvvəsini məhv etdi. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən  Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız  işğaldan  azad olundu, işğalçıları torpaqlarımızdan qovduq. “Mən bu munasibətlə AMEA-nın Şəki REM-in əməkdaşı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Baş Leytenant Səmədov Ruslanı və əməkdaşımız Salmanov Vəlyaz İsfəndiyar oğlunun övladı əsgər Salmanov Yaqub Vəlyaz oğlunu qələbə münasibətilə təbrik edirəm, sizə öz təşəkkürümü və Azərbaycan xalqının təşəkkürünü bildirirəm. Siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər  göstərmisiniz, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.

AMEA Şəki REM-in HT-nın sədri Coşqun Məmmədov çıxış edərək, 44 günlük İkinci Qarabağ Vətən Müharibəsinin Azərbaycan Dövlətinin qüdrətini bütün dünyaya göstərdiyini qeyd etdi. “Dəmir yumruq” əməliyyatı müasir Azərbaycan Ordusunun qüvvəsini, Xalqın Prezident ətrafında bir yumruq kimi birləşməsini, Ali Baş Komandan İlham Əliyev həm döyüş  cəbhəsində, həm diplomatiya cəbhəsində necə möhkəm iradəyə malik bir rəhbər olduğunu  bir daha nümayiş etdirdi. Azərbaycan ordusunun erməni ordusu üzərində şanlı qələbəsi təkçə şəhidlərimizin, soyqırıma məruz qalmış dinc soydaşlarımızın qisasının alınması deyil, həm də xalqın əzilmiş, təhqir edilmiş milli ruhunun yüksəlişi, Azərbaycan xalqının bir xalq kimi  dünyada imicinin-nüfuzunun yüksəlişi idi.  

Daha sonra AMEA Şəki REM-in əməkdaşı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Baş Leytenant Səmədov Ruslana söz verildi. O tədbir iştirakçıları ilə öz təəssürütlarını bölüşərək aşağıdakıları qeyd etdi: “Ehtiyyatda olan bir zabit kimi mən də qürur hissi keçirirəm ki, azda olsa bu qələbədə mənim də payım olub. 09.10.2020 Hərbi səfərbərlik  və həqiqi hərbi xidmətdə çağrış Şəki rayon şöbəsi tərəfindən səfərbərliyə cəlb olundum. Öz vətəndaşlıq borcumu yerinə yetirmək üçün bir qrup zabit yaldaşlarla Qarabağa yollandıq. Əvvəlcə “N” saylı tamamlama bölməsində əsgər heyəti ilə bir müddət təlimlər keçərək tam şəkildə tamamlanıb döyüş meydanına taqım komandiri kimi göndərildim. Bir çox rayonların, xüsusilə Xocavənd, Cəbrayıl və Zəngilanın azad olunmasının iştirakçısı oldum. Ümumilikdə götürdükdə səhra şəraitlərində Ordumuzun Dövlət tərəfindən təchizatı yaxşı idi. Çətin şəraitə baxmayaraq çox qürurverici və şərəf hissləri keçiridik. Biz azad olunmuş torpaqlarımızda başımızı dik tutaraq gəzirdik. Əsgər  və zabitlərin dözümü  sücaəti, ölümün gözünə dik baxmağı bacarması Qələbəmizin təminatçısı oldu. Prezidentin 44 gün ərzində yumruğu qaldıraraq söylədiyi  bu sözlər körpə yaşdan ahıl yaşa kimi  hamının dilində əzbərdir: “Bu yumruq xalqla-ordunun, prezidentin birliyi rəmzidir, bu elə-belə yumruq deyil, bu dəmir yumruqdur”.  Biz Fəxr edirik ki, Ali Baş Komandanımızın rəhbərliyi  və xalqla-ordunun, birliyi nəticəsində biz Qarabağı azad etdik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan! Yaşasın Şanlı Azərbaycan Ordusu! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!