22 yanvar 2021-ci il tarixində AMEA-nın Şəki REM-nin elmi şurasının ilk iclası keçirilmişdir
Yan 23, 2021 | 05:09

 İclası giriş sözü ilə açan Elmi Mərkəzin direktoru f.ü.f.d Yusif Şükürlü, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Vətən müharibəsi” nəticəsində əldə edilən qələbənin əhəmiyyətini qeyd etdi və müharibədə şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Şuranın yeni tərkibi təsdiq edildikdən sonra, elmi mərkəzin direktoru f.ü.f.d Yusif Şükürlü çıxış edərək Şəki REM - nin 2020-ci ildəki elmi və elmi –təşkilatı fəaliyyətinin yekunları ilə bağlı məlumat verdi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı ilə əlaqədar AMEA-nın Şəki REM-ində yerinə yetiriləcək təbdirlərlə bağlı müzakirə aparıldı və 2021-ci ildə bu istiqamətdə tədbirlər planının hazırlanması “Folklorşünaslıq və el sənətlər” şöbəsinin rəhbəri P.Əliyeva tapşırıldı.

Şəki REM-nin 2021-ci il üçün şöbələrin planları müzakirə və təsdiq edildi.

AMEA Şəki REM-də elmi işçi vəzifəsinə vakant yerlə bağlı seçki keçirildi və Sultanov Ələddin Osman oğlu (fəl.ü.f.d) həmin vəzifəyə seçildi.