AMEA ŞREM əməkdaşları fındıq qabığından bioekstrakt ixtirasına görə patent almışlar
Sen 14, 2020 | 02:00
14 sentybr 2020-ci il tarixində AMEA Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Şəki REM-in bir qrup əməkdaşlarına fındıq qabığından bioekstrakt ixtirasına alınmış Patentin təqdimatı olmuşdur. Patentin müəllifləri
Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, Mərkəzin elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və "Bitkilərin biokimyası" şöbəsinin rəhəbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Zərbəli Xəlilovdur. Dos. Yusif Şükürlü Patentinin alınmasının çox təqdirəlayiq hadisə olduğunu qeyd etmiş, patentin müəlliflərinin gərgin əməyini vurğulamış gələcəkdə bu istiqamətdə daha mühüm nəticələrin əldə olunması ilə bağlı arzularını dilə gətirmişdir.
Direktor Y. Şükürlü patent müəlliflərinə patentin surətlərini təqdim etmiş, onlara ixtiranın tətbiqi və patentin kommersiyalaşdırılması istiqamətində gələcək fəaliyyətində uğurlar arzulamışdır. O, həmçinin qeyd etmişdir ki, əldə olunan patent Şəki REM-də son illərdə elmi fəaliyyətin yüksək səviyyədə olduğunun, yalnız şimal-qərb bölgəsinin deyil, respublika, hətta beynəlxalq səviyyədə uğurun göstəricisidir.