AMEA Şəki Regional Elmi Mərkəzin alimləri Yaponiyanın Tsukuba şəhərində keçirilən Beynəlxalq İpəkçilik Konqresində elmi məruzələrlə çıxışlar etmişlər
Noy 20, 2019 | 06:50

19-22 noyabr 2019-cu ildə AMEA Şəki REM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və Şəki REM-in elmi işçisi Zərintac Şükürova 25-ci Beynəlxalq İpəkçilik və İpək Sənayesi Konqresində “Bombyx mori L” cinsinin fibroininin supromolekulyar quruluşuna və texniki xarakterlərinə selenin təsiri” və “Böyük Tovuzgözlü vəhşi ipəkqurdu cinsinin Azərbaycanda ipəkçiliyin bir qolu kimi inkişaf perspektıvləri” mövzuları ilə müvafiq bölmələrdə məruzələr etmişlər. Məlumat üçün bildirilir ki, Tsukuba İpəkçilik və İpək Sənayesi üzrə İpəkçilikdə Qeyri-Tekstil Sənayesi və Yeni İpək Tətbiqatları Mərkəzi dünya üzrə aparıcı mərkəzlərdən olub, tanınmış alim və mütəxəssis kimi Prezident Yasushi Tamada tərəfindən rəhbərlik edilir.

Hər iki məruzə üzrə verilən məlumatlar iştirakçıların xüsusi marağına səbəb olmuş, Şəki REM əməkdaşlarının əldə etdikləri yeniliklər və nəticələr yüksək qiymətləndirilmiş, gələcəkdə bu istiqamətdə tədqiqatların genişləndirilməsi və bu sahədə Yaponiyanın alim və mütəxəssisləri ilə birgə tədqiqatlara dair razılıq əldə olunmuş və buna dair müqavilə imzalanması qərara alınmışdır. Əldə olunan nəticələr gələcəkdə Azərbaycanda ipəkçiliyin innovativ üsul və vasitələrlə inkişaf etdirilməsinə, ipəkçilik məhsullarının tətbiqi perspektivlərinin genişləndirilməsinə imkanlar yaradacaqdır.

 

                                                                                                                                                                        AMEA Şəki REM-in

İctimaiyyətlə  Əlaqələr şöbəsinin rəhbəri                                        professor F.İbrahimov