01 noyabr 2019-cu il tarixdə AMEA ŞREM –in növbəti Elmi Şura yığıncağı keçirilmişdir
Noy 01, 2019 | 04:57

Yığıncağın gündəliyinə beş məsələ daxil edilmişdir. İlk məsələ kimi ŞREM-in şöbə rəhbərlərinin hesabatları müzakirəyə verilmiş və ən mühüm elmi nəticələr ətrafında fikir mübadiləsi aparılmışdır. Şuranın işinə ŞREM-in elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov “Azərbaycan Respublikası prezidenti İlham Əliyevin AMEA-nın ümumi yığıncağındakı proqram çıxışından irəli gələn vəzifələrin icrasına dair 3/4 bəndi, BTEB-in 25 yanvar 2019-cu il 4 /1 qərarının,2019-2020-ci illər üçün “Strateji Yol Xəritəsi”ndə  AMEA –ya həvalə edilən “Tədbirlər Planı”nda qeyd olunan istiqamətlər üzrə ŞREM-də yerinə yetirilən fəaliyyətlər, Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli strategiya  üzrə 2019-cu ilin hesabatı,  Azərbaycan Respublikasında Baramaçılığın  və İpəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramında  AMEA ŞREM-ə tapşırılmış işlərin icrası, AMEA ümumi yığıncağının  01 may 2019-cu il 1 /1 saylı qərarının icrası ilə bağlı verdiyi məlumatla davam etmışdir. Üçüncü məsələ ilə bağlı prof. Firədun İbrahimov məlumat vermışdir. O, AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14 /5  qərarı ilə Şura üzvlərini məlumatlandırmış və qərarın icrası istiqamətində təkliflərini səsləndirmişdir. AMEA ŞREM-in elmi katibi,riyaziyyat üzrə fəlsəfə doktoru V.Ə.Abdurahmanov AMEA-nın “Həyat elmləri və Biotibb” jurnalının və “Azərbaycanın Qırmızı kitabı”nın    nəşri ilə bağlı məlumat vermişdir. Gündəliyə daxil edilmiş sonuncu məsələ “Nəsimi -650” yubleyi ilə əlaqədar yazı müsabiqəsinin təşkili barəsində Folklor şöbəsini rəhbəri,dissertant P.Zakirova şərh vermişdir.

Elmi Şurada  müzakirəyə çıxarılmış hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Hər bir məsələnin müzakirəsində Şura üzvləri fəallıq göstərmişdir.

ŞREM-in yığıncağında cari məsələlərə baxılmışdır. Yığıncaqda müzakirəyə çıxarılmış hər bir məsələ ilə bağlı ŞREM-in direktoru,fizika- riyaziyyat üzrə fəlsəfə doktoru,dosent Yusif Şükürlü təshihi,yönəldici təklif və tövsiyələr vermişdir.