04 oktyabr 2019-cu il tarixində AMEA Şəki Regional Elmi Mərkəzin növbəti Elmı Şura yığıncağı keçirilmişdir
Okt 04, 2019 | 05:09

AMEA Şəki Regional Elmi Mərkəzin növbəti Elmı Şura yığıncağı keçirilmişdir. Yığincaqda ŞREM-in elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Fərhad Əzizov  “2020-2025-ci illərdə ŞREM-in elmi tədqiqat işlərinin AMEA-nın təsdiq etdiyi proritet  istiqaqmətlərə və ümumi yığıncağın qərarına əsasən aparılması” barədə çıxış etmışdir.

ŞREM-in elmi katibi, fəlsəfə doktoru Vuqar Abdurahmanov “ ŞREM-in şöbələrinin  2019-cu il üçün illik hesabat qrafiki” nin layihəsini müzakirəyə təqdim etmişdir. Sonra “ Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri, doktorant Pakizə Zakirova “Nəsimi ili ilə bağlı  Zaqatalada keçiriləcək elmi praktik konfransın” gündəliyini  Layihə şəklində yığıncaqda müzakirəyə vermişdir.

Daha sonra  ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru ,dosent  Yusif Şükürlü “ Molekulyar biofizika şöbəsinin”  adının dəyişdirilməsi barədə fikirlərini arqumentləşdirdi.Yığıncaqda dissertant Leyla Nuriyeva Elmi Şura qarşısında hesabat vermişdir.

 Hər bir məsələ ilə bağlı geniş müzakirələr aparılmış və müvafiq qərarlar qəbul olunmuşdur. Elmi Şurada bir sıra cari məsələlərədə baxılmışdır.