Qurban Bayramına həsr olunmuş tədbir
Avg 08, 2019 | 11:00

AMEA Şəki Regional Elmi Mərkəzində 09 avqust  2019-cu il tarixində müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban Bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir giriş sözü ilə ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru  Fərhad  Əzizov açmışdır. Elmi işçi Hacı Habil Xəlilov Qurban Bayramının mahiyyəti barədə geniş məruzə ilə çıxış etmişdir. Tədbirdə fiologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn  Mustafabəyli, ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov, elmi işçi Yevgeniya Bəkirova çıxış edərək, ölkəmizdə bu bayramın yüksək səviyyədə təşkil olunmasından məmnun qaldıqlarını bildirmiş, milli dəyərlərimizə, inanclarımıza həssas münsibətə görə ölkə rəhbərinə ən xoş diləklərinə ünvanlamışlar.

Tədbirə yekun vuran Fərhad Əzizov Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin AMEA əməkdaşlarının Qurban bayramı münasibəti ilə mükafatlandırılması haqqında sərəncamı  ilə ŞREM-in kollektivini məlumatlandırmışdır. Yığıncaq iştirakçıları belə bir sərəncam verdiyinə görə AMEA Prezidentinə minnətdarlıq hisslərini ifadə edərək ona Uca Tanrıdan sağlamlıq arzulamışlar.