Əl-Fərabi V Beynəlxalq Sosial Elmlər Konfransı
Avg 06, 2019 | 04:00

Əl-Fərabi Sosial Elmlər Jurnalı tərəfindən 1-4 Avqust 2019 tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda "Əl-Fərabi V Beynəlxalq Sosial Elmlər Konfransı keçirilmişdir. Azərbaycan və Türkiyə başda olmaqla dünyanın bir çox  ölkələrindən akademik və tədqiqatçıların  iştirak etdiyi konfransda Şəki Regional Elmi Mərkəzin "Folklorşünaslıq və el sənətləri"şöbəsinin rəhbəri Zakirova Pakizə  "Arif Abdullazadə yaradıcılığı və Mirzə Cəlil irsi"  və şöbənin kiçik elmi işçisi T.Y.Məmmədova "Kitabi-Dədə Qorqud dastanında nəsihət motivi" və "Region folklor nümunələrində əhalinin məşğuliyyətinin əksi" adlı məqalələri ilə çıxış etmişlər. İştirakçılar sertifikatla təltif olunmuşdur.