Şəki Regional Elmi Mərkəzin əməkdaşları Milli Yaylaq Festivalında
İyl 30, 2019 | 04:15

27 iyul 2019-cu il tarixində Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzin kollektivi məzuniyyət və istirahət günlərinin imkanlarından istifadə edərək, Azərbaycanın dilbər güşəsi olan Gədəbəy rayonuna gəzintiyə getmişlər. Bu seçimin əsasında Gədəbəy rayonunda ilk dəfə təşkil olunan Milli Yaylaq Festivalı durur. Hansı ki, bu festivalda 3 gün ərzində minlərlə yerli və xarici turist iştirakçı olmuşlar. ŞREM-in kollektivi bu unikal tədbirin seyrcisi olmaqdan məmnun qalmışlar. Onlar Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği festivalının təşkilatçılarına və bu mübarək tədbirin iştirakçısı olmaq üçün səyini əsirgəməyən ŞREM-in Həmkarlar Təşkilatına, şəxsən həmin təşkilatın sədri, “Bitkilərin genofondu və biomüxtəlifliyik” şöbəsinin rəhbəri Coşqun Məmmədova və əməyi olan hər kəsə səmimi minnətdarlığını bildirir.