“Müasir dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfrans
İyn 10, 2019 | 10:59

AMEA Şəki Regional Elmi Mərkəzin “Folklorşünaslıq və El sənətləri” şöbəsinin rəhbəri Pakizə Zakirova 07 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dilçi-türkoloq, ictimai xadim, AMEA-nın və bir sıra xarici ölkələrin Elmlər Akademiyalarının üzvü, müasir Azərbaycan əlifbasının və onomastika məktəbinin yaradıcısı Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfransda iştirak edib. Konfransda Türkiyə, Rusiya, Tatarıstan, Başqırdıstan, Türkmənistan, Bolqarıstan, Latviya, Gürcüstan, Serbiya və digər ölkələrin tanınmış elm və təhsil adamları, o cümlədən Azərbaycan Respublikası TN-nin, AMEA-nın və müxtəlif ali məktəblərin yüksək səviyyəli nümayəndələri iştirak etmişlər. Konfrans iştirakçıları ADPU-da Afad Qurbanovun barelyefinin açılışından sonra, yubiley münasibətilə çəkilmiş sənədli filmə və sərgiyə baxış keçirildi. Plenar iclasdan sonra konfrans 4 bölmədə fəaliyyətini davam etdirmişdir. Pakizə Zakirovanın “Şəki dialektində işlənən rus mənşəli alınmalarda fonetik hadisələr” adlı məruzəsi müxtəlif elm ocaqlarını təmsil edən iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr olub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.