"Dağlar, mədəniyyətlər, landşaftlar və biomüxtəliflik" adlı beynəlxalq elmi konfrans
May 12, 2019 | 12:00

"Dağlar, mədəniyyətlər, landşaftlar və biomüxtəliflik" adlı beynəlxalq elmi konfrans
10-12 may 2019-cu il tarixlərində AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qərbi Xəzər Universiteti və Beynəlxalq Alpinizm Federasiyası ilə birlikdə təşkil olunan "Dağlar, mədəniyyətlər, landşaftlar və biomüxtəliflik" adlı beynəlxalq elmi konfransda iştirak etdilər. Konfransda 4 bölmə üzrə məqalələr dinlənildi. Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizovun, “Genefond və biomüxtəliflik” şöbəsinin müdiri Coşqun Memmedovun və “Ekoloji coğrafiya” şöbəsinin müdiri Y.Rehimovun məruzələri dinlənildi. "Dağ landşaftları" bölməsində Elmi Mərkəzin "Landşaft" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru H.Mustafabəylinin və bu şöbənin elmi işçisi E.Lətifovun məqalələri dinlənildi. “Dağ turizmi və istirahət” bölməsində “Ekoloji coğrafiya” kafedrasının elmi işçisi A.İsmayılovanın “Dağ ekoturizminin müsbət və mənfi təsirlərinin azaldılması yolları” adlı məqaləsi bildirildi. Konfrans iştirakçıları sertifikatlarla təltif olundu