Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı
May 01, 2019 | 03:45

Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb. Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, İtaliya, Rusiya, Kanada kimi onlarla xarici ölkədən 750 elmi məqalə qəbul olunmuş, onlardan 520-si konfransın tələblərinə uyğun olaraq seçilmiş, humanitar və dəqiq elmlər olmaqla iki cilddə çap olunmuşdur.Həmin konfransda AMEA Şəki Regional Elmi Mərkəzinin "Folklorşünaslıq və el sənətləri"şöbəsinin əməkdaşı Musayeva Günel "Cəfər Cabbarlı və Azərbaycan teatrı" və həmin şöbənin kiçik elmi işçisi Məmmədova Təranə "Şərq Nəsihət ənənələrinin Hüseyn Cavid yaradıcılığında əksi" adlı məqalə ilə çıxış etmişdir. Sertifikatla təltif olunmuşlar.