UTECA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Qida və yüngül sənayenin aktual problemləri” mövsuzunda beynəlxalq elmi konfrans
Apr 26, 2019 | 12:00

AMEA ŞREM-in "Ekoloji Coğrafiya" şöbəsinin elmi işçisi İsmayılova Aygün Çingiz qızı UTECA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Qida və yüngül sənayenin aktual problemləri” mövsuzunda beynəlxalq elmi konfransda iştirak etmişdir.  Beynəlxalq konfransda Cənibi Koreya, Gürcüstan, İran, Pakistandan olan elm adamları, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), bir sıra universitetlər, eləcə də ölkənin bir çox aparıcı istehsal müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.Plenar iclasda çıxış edənlər kadr hazırlığı, yeni texnologiyalar, istehsal dövriyyəsinin avtomatlaşdırılması, mövcud texniki alətlərin, qablaşdırmanın təkmilləşdirilməsi və s. məsələlərə toxunaraq qida və yüngül sənayenin ən vacib məsələləri, aktual problemlərini gündəmə gətiriblər, həlli yolları müzakirə edilib, təcrübə mübadiləsi aparılıb, mövzuya aid məruzə və tezislər dinlənilib.ŞREM-in “Ekoloji Coğrafiya” şöbəsinin elmi işçisi A.Ç.İsmayılovanın “Azərbaycanın şimal-qərb bölgəsinin logistik fəaliyyətinin qiymətləndirilməsi və məşğulluq imkanları ” və “Biofizika” şöbəsinin kiçik elmi işçisi V.E.Atayevanın “Payız yarpaqlarından alınmış təbii boyaqların-antosianların qida və yüngül sənayedə tətbiqi” adlı məruzələrinin mətni konfrans materialları içərisində çap olunmuşdur.