BACSA KONFRANSI
Apr 15, 2019 | 12:52

07 aprel 2019-cu il tarixdən 12 aprel 2019-cu il tarixədək Gürcüstanın Batumi şəhərində “İpəkçiliyin qorunması və bərpasına dəvət - problemlər və perspektivlər – SERİVİVAL 2019” çağırışı ilə Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosiasının (BACSA-nın) 9-cu beynəlxalq konfransı
keçirildi. Konfransda Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliyi və Gürcüstanın Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə BACSA-ya üzv dövlətlərin nümayəndələri arasında Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asya bölgələrində ipəkşiliyin inkişafına dair bir çox məsələlər müzakirə edildi.
Konfransın əsas mövzusuna - tutçuluğa,
ipəkqurdu yetişdirilməsinə, barama və ipək istehsalına, ipəkqurdu və yem bitkilərinin patologiyalarına, damazlıq və bakteriologiya sahəsində tədqiqatlara, eləcə də ölkə məlumatına və ipəkdən qeyri-toxuculuq - smart materiallar alınması perspektivləri və texnologiyalarına, baramadan sonrakı texnologiyalara, ipək müəssisələrinin və ticarətinin inkişafına həsr olunmuş məruzələrə əsas yer verildi. Azərbaycan nümayəndə heyyəti AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) və BACSA-nın Azərbaycan üzrə koordinatoru olan dos. Yusif Şükürlünün başçılığı ilə Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri dos. Qüdrət Bəkirov, həmçinin o şöbənin elmi işçisi Zərintac Şükürova, Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə olan Gəncə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu dosenti Namiq Həsənov və Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı Gülnar Bağırovaiştirak etmişlər.
8 apreldə BACSA-nın prezidenti prof. Panomir Tzenov konfransı açıq elan etdi və Baksanın Gürcüstan üzrə koordinatoru, 9-cu konfransın vitse-prezidenti prof. Elgudja Shapokidze və digər ölkələrin BACSA- dakı koordinatorlarının rəhbərliyi ilə dinləmələr və müzakirələr davam etdirildi. Konfransın iclaslarında və müzakirələrdə Azərbaycan, Gürcüstan, Bolgarıstan, Cin, Hindistan, İtalia, Polşa, Rumıniya, Rusiya, Tacikistan və Türkiyə nümayəndələri və digər iştirakçılar beynalxalq ipəkçiliyin problem və prespektivləri haqda danışdı, çıxışlar dinlənildi və müzakirələr
aparıldı.
ŞREM-in əməkdaşları tədbirdə fəal iştirak etdilər. Elmi Mərkəzinin rəhbəri fiz.-riy. üzrə PhD, dosent Y.Şükürlünün və Z.Şükürovanın “Fibroin sapın fizetinlə boyanmasaının bütün üç mərhələsində fizetin molekullarının sapa diffuziyası kinetikası” adlı məruzəsi, ŞREM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri dos. Qüdrət Bəkirov və Z.Şükürovanın “Yeni ipəkqurdu cins və hibridlərinin seleksiyası” və “Ekoloji cəhətdən təmiz və davamlıqlı tut bitkisi
növlərini müəyyən etmək üçün istehsalat təcrübələrinin nəticələri” adlı poster təqdimatları, M.Hacıyev, N.Həsənov və b. “Xanlar tut bitkisi növünə fosfor gübrələrinin təsiri” adlı poster təqdimatı, G.Bağırovanın “Gəncə-Qazax regionunda ipəkqurdu inkişafının stimullaşdırılması” adlı məruzəsi dinlənildi. Sonda konfransın təşkilatçıları konfrans iştirakçılarına minnətdarlıqlarını bildirdilər, qeyd edildi ki, bu konfransda müzakirə olunan məslələr - tutçuluq, ipəkqurdu yetişdirilməsi, barama və ipək istehsalı, ipəkqurdu və yem bitkilərinin xəstəlikləri, damazlıq və bakteriologiya sahəsində aparılan tədqiqatlarından alınan nəticələr Avropa və Orta Asiya ölkələrində İpəkçiliyin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Aprelin 10-da konfrans iştrakçıları program çərçivəsində Batuminin fəxri olan “Botanika bağı”na yollandılar və orada nadir tropik və subtropik flora ilə tanış oldular. Beləliklə, BACSA-nın 9-cu Beynəlxalq konfransı çox məhsuldar keçdı, bir çox problemlerin həll yolları haqında məlumatlar verildi, həmçinin iştrakçı ölkələrin ipəkçi alimlərinin qarşısına tədqiq olunması, araşdırılması və düşünülməsi vacib olan bir çox yeni məsələlər qoyuldu.
Aprelin 11-də Azərbaycan nümayəndə heyətindən - AMEA ŞREM- in yuxarıda adları çəkilən üç nəfəri - Y.Şükürlü, Q.Bəkirov və Z.Şükürova
Konfrans təşkilatının razılığı ilə Vətənə qayıtdı.