Şəki Regional Elmi Mərkəzində “Beynəlxalq Qadınlar Günü”ilə bağlı tədbir keçirilmişdir
Mart 07, 2019 | 04:38

07 mart 2019-cu il tarixdə AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan ŞREM-in direktoru, dosent Yusif Şükürlü qadınların Azərbaycan cəmiyyətində tutduğu fəal ictimai mövqeyindən, ŞREM-in fəaliyyətində qadın əməkdaşların imkandaşıyıcılıq funksiyalarını şərəflə icra etmələrindən qürur hissi ilə söz açmış, onlara elmi fəaliyyətlərində uğurlar diləmiş, ən xoş arzularını Azərbaycan Qadınlarına ünvanlamışdır. ŞREM-in məsul vəzifə daşıyıcıları Fərhad Əzizov, Rəhim Abdurahmanov, Rahim Həsənov, Məhəmmməd Mustafayev, Qüdürət Bəkirov və başqaları ŞREM-də dəyərli əmək fəaliyyəti subyektləri olan Qadınların ünvanlarına xoş sözlər söyləmiş, onlara şəxsi həyatlarında çətin suallarla üz-üzə qalmamalarını Uca Tanrıdan təmənna etmişlər.

Qadınlar adından “Folklorşünaslıq” şöbəsinin müdiri, doktorant Pakizə Zakirova onların ünvanına xoş sözlər söyləyən hər kəsə minnətdar olduqlarını bildirmişlər.

Tədbir iştirakçıları həmkarlar təşkilatının təşkil etdiyi “Şirin Süfrə” ətrafında Azərbaycanın ictimai-sosial həyatında baş verən uğurlu dəyərlər barədə müzakirələrə yer vermiş, Dövlətimizin qüdrətindən qürurlandıqlarını dilə gətirmişlər. Onlar Ölkəmizin dünya çapında daha da qürurverici sıralarda dayanması üçün Prezidentin ətrafında daha sıx birləşməyin zəruriliyini vurğulamışlar.