Şəki Regional Elmi Mərkəzin növbəti Şura iclası
Dek 26, 2018 | 12:27

Şəki Regional Elmi Mərkəzin növbəti  Şura iclası 26 dekabr 2018-ci il tarixdə keçirilmişdir.Şuranın müzakirəsinə ŞREM-in 2018-ci il üzrə hesabatının prezentasiyası, ŞREM-in saytının monitorinqi, ŞREM-in əməkdaşlarının AMEA-nın müvafiq İnstitutlarında “Elmlər doktoru proqramı” üzrə doktoranturalara qəbulu , “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında” AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il 17/4 saylı qərarı ilə bağlı məsələlər verilmişdir.

            ŞREM-in 2018-ci il üzrə fəaliyyəti barədə Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü arqumentləşdirilmiş fikirlərini Şura üzvlərinin diqqətinə çatdırmışdır. ŞREM-in 2018-ci il üzrə hesabatını prezentasiyası elmi katib , riyaziyyat üzrə fəlsəfə  doktoru Vüqar Abdurahmanov tərəfindən icra olunmuşdur. Təqdimatın mükəmməlliyi, reallığı, nəticələrin şöbələr üzrə dürüst ifadə olunması, mülahizə və ümumiləşmələrin əyani təsvirlərlə arqumentləşdirilməsi şura üzvləri tərəfindən razılıqla qarşılanmışdır.

            ŞREM-in saytının monitorinqi barədə professor Firədun İbrahimov məlumat vermişdir. O, həlli vacib olan məsələlərə şura üzvlərinin diqqətini yönəltmişdir. F.İbrahimov saytın yenilənməsi prosesinin davamlılığının əhəmiyyətini əsaslandırmış, bunun üçün bircə fəaliyyətin prosedur qaydalarını hər bir əməkdaşının əməl etməsinin zəruriliyini dilə gətirmişdir.

            ŞREM əməkdaşlarının AMEA-nın müvafiq İnstitutlarında “Elmlər doktoru proqramı” üzrə dokturanturalara qəbul olunması barədə Elmi Mərkəzin direktoru Yusif Şükürlü fikirlərini Şura üzvləri ilə bölüşmüşdür. O, bu prosesin icrası ilə bağlı vacib olan şərtlərə diqqət yönəltmişdir.

            “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında AMEA Rəyasət Heyətinin qərarı” barədə ŞREM-in gənc alimlər şurasının sədri Rahim Həsənov məlumat vermiş, qarşıda duran vəzifələrə diqqət yönəltmişdir.