Dek 22, 2018 | 12:24
AMEA Şəki Regional Elmi Mərkəzinin “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin əməkdaşları Rahim Həsənov, Elşən Abdurahmanov, Aygül Xəlilova, Ülkər Sərkərova, Nərgiz Əsədullayeva 21-22 dekabr 2018-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş “Dünya azərbaycanlıları : tarix və müasirlik” adı altında III Beynəlxalq Konfransda iştirak etmişlər. “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “XX əsrin birinci rübündə Şəki qəzasında erməni təxribatları” , şöbənin elmi işçisi Elşən Abdurahmanov “Qədim Albaniyanın Şəki vilayətinin ilk orta əsr xristian məbədləri”, Aygül Xəlilova, Ülkər Sərkərova, Habil Xəlilov Şəki “Xan qəbiristanlığı” Azərbaycan tarixinin öyrənilməsində tarixi-epiqrafik mənbə kimi, Nərgiz Əsədullayeva “Məzar daşları üzərində ornamental kompozisiyalar” mövzuları ətrafında məruzələr etmişlər. Konfransın sonunda diplom və hədiyyələr təqdim edilmişdir.