5 dekabr 2018-ci il tarixdə AMEA ŞREM-in Ümumi yığincağı keçirildi
Dek 05, 2018 | 11:02

Yığıncağın gündəliyində qoyulan birinci məsələ üzrə ŞREM-in Həmkərlar Təşkilatının sədri C.Məmmədovun illik hesabatı dinlənildi. C.Məmmədov hesabatda il ərzində yerinə yetirilən mədəni-kütləvi tədbirlər, təşkilatı fəaliyyət barədə, eyni zamanda ŞREM-in strukturlarına daxil olan təsərrüfat sahələrində yerinə yetirilən işlər barədə, il ərzində Şəki şəhər İcra hakimiyyəti tərəfindən təşkil edilən mədəni kütləvi tədbirlər  və şəhər ərazisində təşkil edilən təmizlik işlərində, ağacəkmə kompaniyalarında iştirakla bağlı məlumat verdi. O, eyni zamanda çıxışında ŞREM-in əməkdaşlarının mövsüm ərzində istirahətlərinin təşkili, əlamətdar günlərin qeyd olunması ilə bağlı görülən tədbirlər haqqında məlumat verdi. Hesabat ətrafında müzakirələrdə ŞREM-in aparıcı elmi işçisi, professor F.İbrahimov , b.ü. PhD Q.Bəkirov və digərləri çıxış edərək Həmkarlar Təşkilatının fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin 23 noyabr 2018-ci il tarixli 733 saylı Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar ŞREM-in direktoru , f.r.ü. PhD dosent Y.Şükürlü məlumat verdi. O, şöbə rəhbərlərinin səlahiyyətlərinin artırılması istiqamətində sərəncamdan irəli gələn vəzifələri xüsusi vurğuladı və bu sahəyə gələcəkdə diqqət və nəzarətin gücləndirilməsinin labudlüyünü qeyd etdi.

                Gündəlikdə duran üçüncü məsələ ilə bağlı ŞREM-in elmi işlər üzrə direktor müavini b.ü. PhD  F.Əzizov ŞREM-də 2018-ci ildə elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə əldə olunan ən mühüm elmi nəticələr barədə məlumat verdi. Ayrı-ayrı şöbələr üzrə əldə olunmuş elmi nəticələr müzakirə edilərək ŞREM üzrə ümumi ən mühüm elmi nəticələrin hazırlanıb təqdim olunması və hesabata əlavə edilməsi qərara alındı.

                Yığıncaqda ŞREM-in təşkilatı fəaliyyətinə dair müzakirələr aparıldı, beynəlxalq və ölkə üzrə AMEA-nın strukturlarına daxil olan digər təşkilatlarla bağlanmış birgə elmi-texniki fəaliyyətə dair müqavilələrdə nəzərdə tutulmuş işlərin hesabatlarının hazırlanması şöbə rəhbərlərinə həvalə olundu.

Yığıncaqda illik fəaliyyətin qənaətbəxş olunmasına dair yekun qərar qəbul edildi.