25-27 oktyabr 2018-ci il tarixlərində Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib
Okt 28, 2018 | 02:54

Amerika, Avstraliya, Avropa və Asiya ölkələrindən olan nümayəndələrin (22 ölkədən 83 iştirakçı) iştirak etdiyi simpoziumun məqsədi – türk dünyasının ümumi irsi olan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona qarşı marağın dirçəldilməsi, eləcə də onun müxtəlif sahələrdə tətbiq edilməsi olub. Simpozium işi bölmələr üzrə aparıldı və bu çərçivədə iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou təşkil olunub. Simpoziumda AMEA Şəki Regional Elmi mərkəzin elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Fərhad Əzizov və “Ekoloji Coğrafiya” şöbəsinin elmi işçisi Aygün İsmayılova “Keçəçilik sənətinin inkişaf yolu və əhalinin məşğulluğunda rolu” mövzusu üzrə çıxış ediblər.