11-14 Oktyabr 2018-ci il tarixində Bakı şəhərində 7. Ulusararası “ÇİNDEN ADRİYATİK”E SOSİAL BİLİMLER KONGRESİ keçirilmişdir
Okt 14, 2018 | 02:01

Konfransda AMEA Şəki Regional Elmi mərkəzin “Tarixi irs və Etnoqrafiya” şöbəsinin əməkdaşları Rahim Həsənov, Elşən Abdurahmanov və Ülkər Sərkərova iştirak etmişlər. R. Həsənov “Ermənilərin Şəki Əyalətində Məskunlaşması və Təxribatçı Siyasəti (XIX-XX Əsrin Əvvəlləri)“ başlıqlı məqaləsində Ermənilərin tarixi Azərbaycan torpaqlarında, o cümlədən Şəki qəzasında məskunlaşdırılması, XX əsrin əvvəllərindən etibarən qəzada yerli əhaliyə qarşı həyata keçirdikləri soyqırım planları, o cümlədən qriqoryanlaşdırma siyasəti ilk dəfə sistemli şəkildə araşdırılaraq, konfrans iştirakçılarına məruzə edilmişdir. E. Abdurahmanov və Ü. Sərkərovanın birgə hazırladıqları “Şəkinin Müdafiə Istehkamları və Qalaları” adlı tədqiqat işində  Erkən Orta əsrlərdən XVIII əsrədək Şəki və ətraf kəndlərində inşa edilən müdafiə istehkamları, onların inşa edilmə zərurəti və dövrləşməsi, müdafiə istehkamlarının xüsusiyyəti haqda bəhs edilmiş, Azərbaycanın həmdövr  abidəri ilə müqayisəli şəkildə təhlil edilərək konfrans iştirakçılarının diqqətinə çatdırımışdır.