Şəki Regional Elmi Mərkəzi Kastamonu Universitetində təşkil edilən 3-cü Türküstan Qurultayında təmsil olundu
Okt 06, 2018 | 01:28

           Kastamonu Universiteti Bilgehan Bilgili Mərkəzi Kütüphanesi Konfrans Salonunda, Kastamonu Universiteti, Beynəlxalq Türkistan Həmrəylik Dərnəyi (Türkistan-Der), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının rəhbərləyi ilə (TÜRKSOY) “1938-ci il Sovet qətliamı və onun təsiri - Qafqazda və Türkistanda miqrasiya, sürgün və azadlıq" mövzusuunda konfrans keçirildi.

          AMEA Şəki Regional Elmi Mərkəzinin kiçik elmi işçisi, İstanbul Universitetinin Qədim Türk Ədəbiyyatı doktorantura tələbəsi  Reyhanə Səlimova bu konfransda “Sürgün Bahçesinin Kanlı Gülü- Mikayıl Müşfik” adlı məqaləsi ilə çıxış etmişdir.  İlk öncə konfrans iştirakçılarına Sovet hökümətinin Azərbaycan xalqına 1936-cı ildən başlayaraq tətbiq etdiyi amansızlıqdan, xüsusilə ziyalılar əleyhinə cəza tədbirlərinin 1937-1938-ci illərdə daha da geniş vüsət almasından, təxminən 80 min Azərbaycan ziyalı nümayəndəsi – alim, yazıçı, artist, müəllim, gənc, din xadimi, Sovet ve partiya idarəsi əməkdaşı, hərbçi – bir sözlə bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri bir ucdan məhv edilməsi haqqında məlumat verdi. Araşdırmacı Rəsul Rzanın “Qızılgül Olmayaydı” şeirini təhlil edərək Mikayıl Müşviqin timsalında Azərbaycan ziyalısına vurulan ağır zərbələrdən, onların sürgün edilməsindən, soydaşlarından uzaq vətənindən didərgin düşməsindən danışdı.

         Qurultayda Kastamonu Bələdiyyə Başçısı Tahsin Babaş, Özbəkistan Müstəqil Yazılı kütləvi informasiya vasitələrini və Haber Ajanslarını Dəstəkləmə və İnkişaf İctimai Fondu rəhbəri Səid Yusupov ilə Türkiyə başda olmaqla Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Gagavuzya, Makedoniya, Kosovo və İrandan gəlmiş elm insanlari iştirak etdi.

         Konfrans 5 oktyabrda Kastamonunun tarixi məkanların gəzintisi ilə davam etdi