May 12, 2018 | 12:35
09-11 May 2018-ci il tarixlərində AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları - Tarixi İrs və Etnoqrafiya Şöbəsinin rəhbəri Rahim Həsənov və şöbənin elmi işçisi Elşən Abdurahmanov Türkiyə Cümhuriyyətinin Konya şəhərində təşkil edilmiş “XI Uluslararası Türk Sanatı, Tarihi ve Folkoru Konqresi/Sanat Etkinlikeri” adlı beynəlxalq konfransda iştirak etmişlər. 09 May tarixində əməkdaşlarımızın təşəbbüsü ilə çıxışlara başlamazdan əvvəl Qarabağ müharibəsində şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin gün R. Həsənov “Azərbaycan –Türkiyə münasibətlərində “Ya ölüm Ya Türkiyə” çağrısı” başılıqlı təqdimatı ilə çıxış etdi. Ertəsi gün E. Abdurahmanov “Şimal-Qərbi Azərbaycanın Alban məbədləri” başlıqlı çıxışı konfrans iştirakçılarına təqdim edildi. Çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi və məruzəçilərə konfransın sertifikatı təqdim edildi.