Apr 30, 2018 | 04:08
Konfransı Şəki şəhər İcra Hakimiyyətinin müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cavadova Zərinə açaraq ADR-in yaranma tarixi, onun əhəmiyyəti, ADR-in yaranmasının 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanını diqqətə çatdırdı.
Sonra AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, f.r.ü. PhD dosent Yusif Şükürlü çıxış edərək tariximizdə şərəfli bir səhifə olan Cümhuriyyətin yaranmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı rəhbərliyi səviyyəsində keçirilən tədbirlərdən söz açaraq rəhbərlik etdiyi təşkilatda da bu yönümdə aparılan işləri dilə gətirdi.
Daha sonraçıxış edən məruzəçilərdən ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin baş elmi işçisi, professor Firədun İbrahimov “Xalq Cümhuriyyəti dövründə Azərbaycanda təhsil” mövzusunda çıxış edərək ADR hökumətinin təhsil sahəsində fəaliyyəti barədə müfəssəl məlumat verdi. Bu dövrdə nəzərdə tutulan təxirəsalınmaz tədbirlərin mahiyyətinə aydınlıq gətirdi. O,xalq maarifi, təhsil müəssisələrinin milliləşdirilməsi, ümumi icbari təhsil layihələrinin hazırlanmasından bəhs etdi.
ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin rəhbəri Rahim Həsənov “Cümhuriyyətin yaradılmasında siyasi xadimlərin rolu” mövzusunda çıxış edərək Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənlərin xalq qarşısında xidmətlərinin heç vaxt unudulmayacağını qeyd etdi.
ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi siyasəti” mövzusunda çıxış edərək dövrü səciyyələndirən maraqlı faktlar gətirdi.
ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin elmi işçisi Elşən Abdurahmanov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Şəki qəzasında sosial-ictimai vəziyyət” mövzusunda çıxış edərək, XX əsrin əvvəllərində ölkənin ikinci sənaye şəhəri olan Şəkidə (Nuxada) demokratik hərəkat, milli mövcudluq uğrunda aparılan mübarizə, Nuxa qəzasında mövcud vəziyyətin təhlili həm də erməni xislətinin açılması baxımından məxsusi önəm daşıdığını bildirdi.
ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin elmi işçisi Elçin Vəliyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət” mövzusunda çıxış edərək Cümhuriyyətin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşıldığını və bu yöndə tarixi əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırdı.
ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin əməkdaşı HabilXəlilov “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” mövzusunda çıxış edərək Azərbaycanın istiqlaliyyətinin tanıdılması, Milli Ordunun yaradılması və Qafqaz İslam Ordusunun Bakı istiqamətində irəliləməsindən, Bakının azad edilməsindən danışdı.