28 aprel 2018-ci il tarixdə Balakən rayonunda Azərbaycan Respublikası Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində seminar keçirilmişdir
Apr 28, 2018 | 04:08

     Seminar Balakən rayon İcra Hakimiyyəti və AMEA Şəki Regional Elmi Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

    Seminar Balakən rayon Kənd Təsərrüfatı idarəsinin iclas zalında təşkil edilmiş, iştirakçılar Balakən rayonunda fəaliyyət göstərən kümdarlar və fermerlər olmuşlar.

    Seminarı giriş sözü ilə Balakən rayon İcra Hakimiyyətinin başçısının müavini Mehparə Əliyeva açmış, seminarın təşkilatçılarına minnətdarlığını bildirmiş, gündəlikdə müzakirə ediləcək mövzuların aktuallığını qeyd etmişdir.

    Daha sonra plenar məruzələr və təqdimatlar edilmişdir.

    İlk əvvəl AMEA ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, Fərhad Əzizov seminarda təqdim ediləcək mövzuların aktuallığı, Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərə və prioritetlərə uyğunluğu, layihə çərçivəsində yerinə yetirilən fəaliyyətlər, əldə olunan nəticələr barəsində iştirakçılara geniş məlumat verdi.

   Plenar məruzələrdə AMEA ŞREM-in “Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli “Ərazinin kənd təsərrüfatı bitkilərinin aqrofitosenozu sisteminin icrasında aqrolandşaftın konseptual modellərinin tətbiq edilməsi” mövzusu üzrə, “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov “Tut ipəkqurdunun inkubasiyası, yemləndirilməsi və aqrotexniki qulluq” mövzusu üzrə, “Genofond və biomüxtəliflik” şöbəsinin rəhbəri Coşqun Məmmədov “Çəkil tinglərinin toxumla və vegetativ üsulla çoxaldılması, aqrotexniki qulluq qaydaları” mövzusu üzrə təqdimatlar etdilər.

    Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilmiş, suallar ətraflı cavablandırılmışdır.

    Balakən rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Məmməd Şərifov maraqlı məruzələrə görə təşəkkür etmiş və razılıq bildirmişdir.

   Seminarın işində 28 nəfər kümdar iştirak etmişdir.