AMEA ŞREM-in kiçik elmi işçisi Təranə Məmmədova “Gəncliyin Baxış bucağından Türkiyə” Respublika Simpoziumunda iştirak etmişdir
Apr 19, 2018 | 01:40

AMEA ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Təranə Məmmədova 19 aprel 2018-ci il tarixində “Gəncliyin Baxış bucağından Türkiyə” Respublika Simpoziumunda iştirak etmişdir.

Simpozium Yunus İmrə İnstitutunun Bakı Avrasiya Universitetilə birgə təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış, 16-20 aprel tarixlərində baş tutan “Türkiyə Günləri Həftəsi” çərçivəsində keçirilmiçdir.

Respublika Simpoziumu  gənc tədqiqatçılara, tələbələrə Türkiyə ədəbiyyatı, tarixi, mədəniyyəti, siyasi əlaqələrinin ən müxtəlif sahələrində araşdırmalar aparılmasına imkan yaratmışdır.

Təranə Məmmədova “Namiq Kamal yaradıcılığının Azərbaycan ədəbiyyatında təzahürü” adlı məruzəsi ilə 19 aprel  tarixində plenar iclasda çıxış etmişdir. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanmış və təşkilat komitəsi tərəfindən əməkdaşımıza sertifikat təqdim olunmuşdur.