12.04.2018-ci il tarixdə ŞREM-in ümumi yığıncağı keçirilmişdir
Apr 12, 2018 | 01:09

       İclasda  ŞREM-in direktoru f.r.ü. PhD dosent Y.Şükürlü  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə AMEA-nın dissertanturasına qəbulun nəticələri haqqında AMEA Rəyasət Heyətinin qərarını açıqladı.

      O,bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin  və elmi təşkilatların 2017-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilmişdir. Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Dokturanturaların yaradılması və dokturanturaya qəbul qaydaları”na və AMEA prezidentinin 25 dekabr 2017-ci il tarixli, 797 nömrəli sərəncamına uyğun olaraq AMEA-nın dissertanturasına  ŞREM əməkdaşlarının qəbulu həyata keçirilmişdir.

      Sonra ŞREM-in elmi katibi r.ü.PhD V.Abdurrahmanov AMEA İnstitutlarının dissertanturasına qəbul edilmiş ŞREM-in əməkdaşlarının adlarını açıqladı.

Atayeva Vəfa Elman qızı (AMEA Fizika İnstitutu)

Salmanova Ayşən Kamil qızı ( AMEA Radiasiya Problemləri İnstitutu)

Şükürova Zərintac Yusif qızı (AMEA  Zoologiya İnstitutu)

Lətifova Bənövşə Akif qızı ( AMEA Genetik Ehtiyatlar İnstitutu)

Məmmədova Təranə Yaşar qızı (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu)

Nuriyeva Leyla Niymət qızı (AMEA Folklor İnstitutu)

Vəliyev Elçin Nazim oğlu (AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu)

Cəbrayılova Nuranə Bəhram qızı (AMEA İnformasiya Texnologiyaları İnstitutu)

        Sonda ŞREM-in direktoru f.r.ü. PhD dosent Y.Şükürlü dissertantları təbrik etdi , onlara yeni uğurlar arzuladı.