AMEA ŞREM-də Həmkarlar Təşkilatının növbəti iclası keçirildi
Mart 13, 2018 | 01:02

13 mart 2018-ci il tarixdə  AMEA ŞREM-də Həmkarlar Təşkilatının növbəti iclası keçirildi. Həmkarlar təskilatının sədri b.ü PhD Q.Bəkirov keçən müddət ərzində həmkarlar təşkilatında apardığı işlər barədə hesabat verdi. Bundan sonra Həmkarlar Təşkilatının İdarə Heyətinin yeni tərkibinin seçilməsi üçün səsvermə keçirildi.

      Beləliklə, irəli sürülən namizədlər içərisindən Coşqun Məmmədov, Aqil Mustafatev, Pakizə Zakirova, Adışirin Xəlilov və Vəfa Atayeva həmkarlar təşkilatı idarə heyətinə üzv, Yevgeniya Bəkirova, Cabbar Xəlilov və Aytən Hümmətova isə həmkarlar təşkilatının işinə təftiş komissiyasına üzv seçildilər.