AMEA ŞREM-də Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirildi
Mart 01, 2018 | 10:23

             Tədbirin əvvəlində AMEA ŞREM-də Mülki müdafiə ilə bağlı yeni təmir olunub, istifadəyə verilən otağın açılışı oldu. Açılışda ŞREM-in direktoru f.r.ü PhD, dosent Y.Şükürlü və Şəki şəhər FHK-nın sədr müavini Valeh Ələkbərovun rəhbərliyi ilə qırmızı lent kəsildi.

             Daha sonra AMEA ŞREM-in MM Qərargah rəisi, b.ü.PhD Q.Bəkirov çıxış edərək Beynəlxalq Mülki Müdafiə təşkilatı və 1 mart Mülki Müdafiə gününün yaranma tarixi və məqsədi haqqında, fövqəlada hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, yanğın təhlükəzliyi, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə olunmağın yolları haqqında ətraflı məlumat verdi.

            Tədbirdə müxtəlif təyinatlı xilasetmə avadanlıqları və fərdi mühafizə vasitələri nümayiş etdirildi.