20 fevral 2018-ci il tarixində AMEA ŞREM-də tədbir keçirildi
Fev 20, 2018 | 10:41

         20 fevral 2018-ci il tarixində AMEA Şəki Regional Elmi Mərkəzdə milli - mənəvi dəyərlərimiz və dövlətçiliyimizin dəstəklənməsinə yönəlmiş mühüm bir tədbir həyata keçirilmişdir. Elmi Mərkəzin rəhbərliyinin birbaşa dəstəyi ilə Mərkəzin binasının önündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Qeyd edək ki, bu tədbirin həyata keçirilməsi haqqında qərar Elmi Məkəzin Elmi Şurasında yekdilliklə qəbul olunmuşdur. Dövlət Bayrağı ilə yanaşı AMEA-nın embleminin əks olunduğu bayraq da bərabər dalğalanmaqdadır.