1 dekabr 2017-ci il tarixində AMEA ŞREM-in növbəti Elmi Şurası keçirilmişdir.
Dek 01, 2017 | 10:45

 

Şəki Regional Elmi Mərkəzin şöbələrinin şöbə rəhbərlərinin 2017-ci il üçün hesabatları dinləyicilərə təqdim olunmuşdur.

      ŞREM-in elmi katibi r.ü.PhD Vüqar Abdurahmanov “AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda elmi irsin toplanılması və sistemləşdirilməsi mərkəzinin oxu zalından istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Rəyasət Heyətinin 1 noyabr 2017-ci il tarixli 12/20 saylı qərarı haqqında məlumat verdi.  

      Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının müzakirəsi mövzusu üzrə elmi işlər üzrə direktor müavini F.Əzizov çıxış etdi.

      Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri b.ü.PhD Qüdürət Bəkirovun İxtisas üzrə dossent adı alması haqqında r.ü.PhD Vüqar Abdurahmanov məlumat verdi, növbəti elmi şurada müzakirəsinə qərar verildi.

      Bundan başqa, elmi katib V.Abdurahmanov “AMEA əməkdaşlarının ezamiyyət məsələlərinin hüquqi tənzimlənməsi” haqqında AMEA Prezidentinin 25 oktyabr 2017-ci il 702 saylı sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verdi.