Ünsiyyət-Qızıldır
Noy 02, 2017 | 09:51

Görkəli  amerikalı  bioloq  və genetik,  Nobel mükafatı laureatı , 89 yaşlı  Ceyms Uotson  Sankt-Peterburq  dövlət Universitetinin Fəxri elmlər doktoru mantosunu aldı.. Bu ada, o XX əsrin II yarısında molekulyar biologiyanın inkişafını müəyyənləşdirən elmi kəşflərinə görə layiq görülmüşdür. Təntənəli  mərasimin axırında  DNT ikiqat  spiralını ilk kəşfedən alim tələbələrə öz elmi fəaliyyəti və həyatı barədə danişıb, akademik karyera qurmaq istəyənlərə məsləhətlər verdi.

         Ceyms Uotson  15 yaşinda universitetə daxil olub, elmi fəaliyyətinin əvvəllərində ornitologiya ilə məşgul olub, sonralar onu qenetika sahəsi maraqlandırdı və 1962-ci ildə ( həmkarları Frensis  Krİk və  Moris Uilkinson ilə birgə)  biologiya, tibb və başqa elmlər sahəsində yeni eranın başlanğici olan- ikiqat DNT spiralaninin strukturunun kəşfinə görə fiziologiya və tibb sahəsində Nobel mükafatı aldi.  Bundan başqa, Ceyms Uotson  uzun illər boyu  onkoloqiya ilə məşğul olub, 25 il  Kold-Sprinq- Xarbor laboratoriyasında  xərçəng xəstəliyinin qenetikasının tədqiqi ilə məşğul olub.  Alim həmçinin  insan DNT-nin  ardicıllığını acıqlayan “İnsan Qeni” lahiyəsini yaradıb, axırıncı illər isə psixiı xəstəliklərin  qenlərinin araşdırılması ilə məşgul olur.

           Sankt-Peterburq  dövlət Universiteti ilə Ceyms Uotsonu keçmiş uzunmüddətli əlaqələr bağlayır. Dəfələrlə o həmin universitetin tələbələri qarşısında məruzələrlə çıxış edıb. Sankt-Peterburq  dövlət Universitetindəki  indiki, çıxışında o qeyd etdi, ki,” DNT ikiqat spiralının  kəşfinin 65 ili bitir və mən bu gün səbirsizliklə müxtəlif elm sahələrində  yeni  nailiyyətlər, böyük  çevrilişlər gözləyirəm.  İstərdim uzun müddət  yaşayım ki, bizim  biokimya və DNT sahəsindəki işlərimizin müvəffəqiyyətlə başa çatmasını görəm. Ümidvaram ki, axırıncı  beş il müddətində biz xərçənglə mübarizə sahəsində əhəmiyyətli nəticələr əldə edib,  bu qorxunc xəstəliyə qalib  gələk”.

          Heç də  hər bir alimə “Elmdə  75 qeyri-darıxdırıcı(sıxıntısız) il” keçirmək şansı verilmir”. Tədbir iştirakçıları  qarşısında “Elmdə  75 qeyri-darıxdırıcı il” adlı məruzəsiylə cıxış edən, tədqiqatçı universitet tələbələri qarşısında  gələcək planları barədə və özünün “Sıxıntıdan çəkinin. Elmdə yaşanan həyati dərslər” kitabında  təsvir edilmiş  həyati qaydaları barədə paylaşıb. ,

      “ Vəhylə deyil, təcrübə ilə diktə olunan məsləhətlərə əməl edin. Mən,  dinə inanmayaraq,  əsaslanmayan bir mühitdə   böyümüşəm. Xristianlığın əsas ideyalarını inkar etmirəm, özümüzü xristian kimi aparmışıq. Mən allaha inanmıram”. İkiüzlülük,  ictimai qaydalara riayət etmək özünəhörməti sarsıdır. Heç vaxt yalan olanı deməyin, həmişə doğru olanı  dəstəkləyin. Bu heç də asan olmur, xüsusiylə siyasətçilər və ya əvvəllər olduğu kimi din xadimlərinin  təsdiqlədikləri müəyyən inanclar, əqidələr, etiqadlar  diqtə edilirsə.  Məsələn, Qalileyin fikirləri kilsə tərəfindən, ya da genetiklərin fikirləri Stalin tərəfindən təkzib edilərək, boğularaq, onun ardıcılı bib-birin ardınca yalanlar  püskürən Lısenkonun fikirlərini təsdiqləyirdilər”   

        “Heç də təəccüblənməyin kı, cavan alimləri həyasız  hesab edirlər. Bu  onların təqsiri deyil.  Qeorgi Qamov mənə deyəndəki,  mən ona Landaunu xatırladıram, həmin vaxt bu mənim üçün həyatımda ən  böyük kompliment idi. Əlbəttə, mən azca utanmaz,ədəbaz oldum, neyləyim, özümdə  bu hissl boğa bilmədim”.

 “İnsanlar barədə nə  düşünürdümsə, onu da deyirdim, lakin Amerikada axmağa  demək olmaz ki, sən axmaqsan. Halbuki, elmdə də  çoxlu axmaqlar var”.

         “ İdeyalar amillərdən vacibdir. Universitetdə əsasən mən nəyi öyrəndim,- amillərdən ideyalar fikirləşmək və çıxarmaq. Mendeleyev də  həmin işlərlə məşğul idi-  amillərdən sistem  topladı. Öz həyatımı ideyala sərf etmək-məhz bu mənim üçün  ən  vacibi sayılırdı”.

         “Cavanlıqda biliklər bazası kifayət qədər olmadığından, ideyalar  nadir halda yaranır. Buna görə  başqalarının  ideyalarıyla  taniş olmaq mütləq vacibdir.. Universitetdə  ən vacib hadisələrdən biri- Ervin Şredinqerin “ Həyat nədir?”kitabına rast gəlməyimdir. Həmin kitabda deyilir ki, informasiyanın ötürülməsi həyatın vacib elementlərindən biridir. Kitabı oxuduqdan sonra mən qərara  gəldim ki,genetika sahəsi, mənim  məşğul olduğum quşların miqrasiyasınin öyrənilməsindən, daha vacıbdir.”

        “Özünüzə cavan elmi rəhbər  seçin, çox güman ki,  hər halda o, artıq öyrənilmiş  mövzuyla deyil yeni mövzuyla məşgul olacaqdır.  Beləliklə, siz yeni mövzuyla əvvəlindən məşgul olacaqsınız. Nəyisə gec əldə etməkdən, qazanmaqdansa, işin əvvəlində, kökündə durmaq daha yaxşıdır.*

            “Heç vaxt əhəmiyyətsiz  mövzularla məşğul olmayın.Həmişə əhəmiyyətli, mühüm mövzuları seçin, gümüş yox qızıl uğrunda mübarizə aparın.  İrəliyə baxaraq,  fikirləşək başa düşdüm ki, qızıl – genetika və DNT olacaqdır. Qərara aldım ki, dissertasiyanı müdafiə etdikdən sonra  DNT-lə məşğul olum.”

            “Səviyyəlı, tanınmış universitetə daxil olmaq daha  yaxşıdır. Burada ağıllı insanlara rast gəlmək olur. Hər hansı başqa  bir adı  universitetə düşərsinizsə,  adi  insanlarla rastlaşacaqsınız.*

             “Öz ideyalarını başqa insanlarla paylaşmaq əhəmiyyətlidir. Rozalind Franklin  bizim yarışı qazanmalıydi,  DNT-nin  strukturunu  kəşf etməliydi,  təəsüf ki, o heç kəslə ünsiyyət qurmurdu.  DNT-nin spiralşəkilli olmaması onun ideyasıydı, o elə fikirləşirdiki o, hər şeyi bilir.   Öz dövrünün dahi kimyaçısı Laynus Polinq  kimyada dəhşətli, qorxunc  bir səhvə yol verdi. O, mövcud ola bilməyən DNT strukturunu təqdim etmişdir.  Problem ondadır ki, Polinq kimyanı bilməyən  həyat yoldaşından başqa heç kəslə ünsiyyət etmirdi. Lakin biz bir- birimizlə- ən vacibi də-başqa insanlarla da  ünsiyyət edirdik.