AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları Özbəkistanın Margilan şəhərində keçirilmiş Beynəlxalq konfransda iştirak etdilər.
Avg 08, 2017 | 11:45

AMEA-nın ŞREM-in əməkdaşları: ŞREM-in direktoru Y.H.Şükürlü, “Tut ipək qurdunun seleksiyası” şöbəsinin müdiri  Q.M.Bəkirov və “Molekulyar Biofizika” şöbəsinin elmi  işçisi Y.M.Bəkirova    24-29 iyul 2017-ci il tarixində Özbəkistanın Margilan şəhərində  “Elmi inteqrasiyanın əhəmiyyəti  və toxuculuq  sənayesi  müəsissələrində  istehsalın təşkili prosesində aktual  məsələlərin həlli” adı altında keçirilən Beynəlxalq   elmi-texniki  konfransda iştirak etmişlər. Konfrans Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutunun 80 illiyinə, ipəkçiliyin yenidən əsaslı surətdə bərpası  və inkişafı yollarının araşdırılması, ipəkçilikdə müasir innovativ texnoloqiyaların tədbiqinə həsr olunmuşdur. Konfransda bir çox ölkələrin: Polşanın, Koreyanın, Yaponiyanın, Çinin, Rusiyanın, Taçikistanın, Hindıstanın, Azərbaycanın və Özbəkistanın ipəkçi alimləri, təbii lifləri öyrənən alımlər istirak edirdilər. Konfransda müzakirə olunan  əsas məsələlərdən  biri də  Bitki və zülal mənşəli liflərin bitkilərdən alınan ekoloji  təmiz boyaqlarla boyanması  üsulu  və texnologiyalarının araşdırılması və işlənib hazırlanmasıdır.

           Konfransın işi  üç  bölmə üzrə: I bölmə - İpək texnologiyası, II bölmə- toxuculuq materiallarının texnologiyası, III bölmə -toxuculuq  kimyası, nəzəriyyəsi  və iqtisadiyyatı üzrə keçirilib. Əməkdaşlarımızdan Z.Y.Şükürlü “Biosintez prosesində fibroinin miqdarının artırılması perispektivləri”, Y.M Bəkirova isə “İpəkçiliyin inkişafı və ipəyin emalı” adlı məqalələrlə çıxış etmişlər. Konfransın sonunda Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu (ÖzTLETİ) ilə AMEA Şəki Regional Elmi Mərkəzin rəhbərliyi arasında ipəkçilik sahəsində əməkdaşlıqla əlaqədar müqavilə imzalanmışdır.