Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişaf Fondu, AMEA, AMEA ŞREM-in təşkilatçılığı ilə “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda Şəki Regional Elmi Mərkəzin iclas zalında regional seminar keçirilmişdir.
İyl 31, 2017 | 05:36

Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişaf Fondu, AMEA, AMEA ŞREM-in təşkilatçılığı ilə “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda Şəki Regional Elmi Mərkəzin iclas zalında regional seminar keçirilmişdir. Seminarda Şəki, Zaqatala və Oğuz rayon İcra hakimiyyəti aparatının aqrar məsələləri üzrə mütəxəssisləri, rayon Kənd Təsərrüfatı idarəsinin əməkdaşları, İpəkçilik sahəsində təcrübəli fermerlər və Şəki Regional Elmi Mərkəzin əməkdaşları, həmçinin layihə icraçıları iştirak etmişlər.

ŞREM-in  elmi işlər üzrə direktor müavini, biologiya üzrə PhD F.Əzizov açdı, iştirakçıları salamladı, layihə barədə, onun məqsədi və vəzifələri haqqında ümumi məlumat verdikdən sonra ŞREM-in direktoru, f. üzrə PhD, dos. Y.H.Şükürlü “Ekoloji təmiz ipək istehsalı ilə bağlı qoyulan tələblər” mövzulu çıxışında ipəkçiliyin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

 “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri, biologiya üzrə PhD Q.Bəkirov “Tut ipəkqurdunun ŞREM-də əldə olunmuş iqtisadi baxımdan səmərəli cins və hibridləri” mövzusu üzrə məruzə etdi.

ŞREM-in “Molekulyar biofizika” şöbəsinin elmi işçisi Bəkirova Yevgeniya tərəfindən “Azərbaycanda tut ipəkqurdunun süni yemlə yemləndirilməsi üçün ilkin tədqiqatlar” mövzusunda məruzə dinlənildi.

AMEA Genetik Ehtiyyatlar İnstitutunun nümayəndəsi, biologiya üzrə PhD A.Məmmədov “Tut ipəkqurdunun molekulyar genetik metodlarla öyrənilməsi” haqqında məruzə ilə çıxış etdi.

 Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Şəki Kənd Təsərrüfatı idarəsinin mütəxəssisi S.Abdurahmanov introduksiya olunmuş tut tinglərinin Şəki rayonunda böyümə və inkişafı barədə geniş məlumat verdi.

Bütün məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilmiş, mövzular ətrafında diskussiya aparılmış, müzakilər edilmiş, hər bir təklif qeydə alınmışdır.

Verilən təkliflərə əsasən gələcəkdə baramaçılıq, ipəkçilik, tut ipəkqurdunun və tut tinglərinin yetişdirilməsi sahəsində bütün təşkilatların birgə fəaliyyətinin vacibliyi məqsədəuyğun hesab edilmişdir.