Şəki Regional Elmi Mərkəzi III Beynəlxalq Həmzə Nigarı Türk Dünyası Mədəni Simpoziumunda təmsil olunub
May 19, 2017 | 12:41

 17-18 may 2017-ci il tarixdə ADPU və onun Şamaxı filialının,  Türkiyə Cumhuriyyəti Amasiya Universitetinin, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və  Dayanışma Dərnəyinin və Miras Mədəni İrsin Öyrənilməsinə  Kömək İctimai Birliyinin birgə təşkil etdiyi  III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun ADPU-nun Şamaxı filialında keçirildi. Sempoziumda Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması şöbə rəhbəri, İstanbul Universiteti Qədim Türk Ədəbiyyatı şöbəsinin  doktorantı Reyhanə Səlimova və Şəki Regional Elmi  Mərkəzin Folklorşünaslıq və El sənətləri şöbə rəhbəri, Azərbaycan Universitetinin dissertantı Pakizə Zakirova “Arif Abdullazadənin yaradıcılığında Türkiyə mövzusu” adlı məqaləsi ilə  iştirak etmişdir.

Simpoziumda təmsil olunmaq üçün Təşkilat komitəsi tərəfindən göndərilmiş təlimat əsasında tələblərə uyğun olaraq “Mir Hamza Nigârî Efendinin “İster” ve “Sana” redifli gazellerinde ilahi aşk” adlı məqalə hazırlanmış və əməkdaşımız həmin mövzu ilə çıxış etmişdir. Məruzə sempozium iştirakçıları tərəfindən maraqla dinlənilmiş, Həmzə Nigarinin Divanının təhlili məsələsində və Azərbaycan ədəbiyyatşünaslığında yeni tendensiyalar istiqamətində fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixində “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən təşkil edilən simpoziumda  Şəki Regional Elmi Mərkəzinin təmsil olunması əsas əhəmiyyət kəsb edən məsələdir.

Tədbirdə  Türkiyənin Amasiya Universiteti, Marmara Universiteti, İstanbul Universiteti, Necmettin Ərbakan Universiteti, Çankırı Karatekin Universiteti, İtaliya Yokoku Assossasiyası, Makidoniyadan 25 nəfər olmaqla, respublikanın tanınmış akademiklərindən İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin Ağcabədi, Quba, Cəlilabad, Şəki filiallarının direktorları, Şamaxı İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov, Azərbaycanın bir çox elm ocaqlarından və mədəniyyət mərkəzlərindən olan 150-ə yaxın  elm xadimi, həmçinin Seyid Həmzə Nigarinin nəslindən olan qonaqlar, mediya nümayəndələri, Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştirak edirdilər. 

Simpoziumda müzakirə olunan məsələlər barədə yekun qərar qəbul edilmiş və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.