ŞREM-də növbəti Elmi Şura keçirildi
Fev 28, 2017 | 09:52

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin  akademik-katibi,  akademik  Fəxrəddin Qədirovun iştirakı ilə 28 fevral 2017-ci il Şəki Regional Elmi Mərkəzində  elmi şuranın növbəti iclası keçirilib. Iclası açıq elan edən mərkzin direktoru f.ü.Phd,dos. Y.Şükürlü qonağı mərkəzin bütün əməkdaşları adından salamladı, onun gəlişini Akademiyanın mərkəzimizə olan diqqət və qayğısı kimi qiymətləndirdi.

Daha sonra ŞREM–in elmi katibi r.ü.PhD V.Abdurahmanov ötən ilin illik hesabatını məruzə etdi.

Məruzədən sonra Fəxrəddin Qədirov şura üzvləri və mərkəzin əməkdaşlarına gördükləri işlər barəsidə müxtəlif  suallar verdi, onların problemləri ilə maraqlandı. Kadr potensialı hazırlığına olan diqqət və qayğının dövlət tərəfindən dəstəyinin məntiqi nəticəsi olaraq magistratura və doktorantura pilləsində məqsədli təhsilin perespektivlərini vurğulayan qonaq əməkdaşların müvafiq sahələrə istiqamətlənməsinin məqsədyönlü olduğunu və bu yolda hər zaman olduğu kimi akademiyanın maddi-mənəvi  dəstəyinin davam etdiyini söylədi.

Attestasiya nəticələri ilə bağlı yekun  məlumatı ŞREM –in direktoru f.ü.Phd,dos. Y.Şükürlü məruzə etdi.

İpəkçilik üzrə Beynəlxalq Konfransın təşkilat komitəsinin məlumatı məruzəçi ŞREM-in elmi işlər üzrə direktor müavinin b.ü.PhD F.Əzizov tərəfindən verildi.

AMEA institutlarına fəlsəfə və elmlər doktoru hazırlığlı üzrə qəbul olunan dissertantlar barədə məruzəçi ŞREM–in elmi katibi r.ü.PhD V.Abdurahmanov  məlumat verdi.