Memar Nərgiz Əsgərzadənin Anım Günü
Fev 24, 2017 | 08:21

17 fevral  2017-ci il tarixdə Respublikamızın tanınmış memarı, memarlıq namizədi,

Əməkdar memar Nərgiz xanım Əsgərzadənin Azərbaycan Memarlar İttifaqında İdarə heyətinin binasında anım günü keçirilmişdir. Tədbirin açılışını Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri  Elbay Qasımzadə açdı. O, Nərgiz xanımın universitetde müəllimlik etməsindən, ona həyatda düzgün yol göstərməsindən, daha sonra isə çiyin-çiyinə çalışdığı zamanların xatirələrdən bəhs etdi. Tədbirdə ailə üzvlərindən Firəngiz xanım, Nigar xanım, Şəki Regional Mərkəzindən Qüdürət Bəkirov və Aynur Mustafayeva iştirak etmişdir. Bütün tədbir iştirakçəları onlara verien zamana uygun olaraq Nərgiz xanımla bağlı öz duygu və düçüncələrindən, xatirələrindən danışdı, mərhuməyə Allahdan rəhmət diləndi. Tədbirin sonunda memarın həyat və yaradıcılığından bəhs edən video çarx göstərilmişdir.  

“Folklorşünaslıq və el sənətləri” laboratoriyası fəaliyyəti Elmi Mərkəzin çox hörmətli, ağbirçək qadını olan, hamının hörmətini qazanmış, respublikamızın əməkdar memarı Nərgiz xanımın adı ilə bağlıdır desək yanılmarıq. Nərgiz xanım Elmi Mərkəzin Elmi İşlər üzrə direktor müavini işlədiyi vaxtlarda həmin laboratoriyanın ixtisaslı mütəxəssislərlə təmin olunmasında müstəsna rol oynamışdır. Xatırladaq ki, bu laboratoriyaya bir müddət tanınmış pedaqoq filologiya elmləri namizədi, mərhum şair Nurpaşa Hümmətli rəhbərlik etmiş, sonralar onu filologiya elmləri namizədi Ulduz Mürşüdova əvəz etmişdir. 

 Nərgiz xanımın bir təcrübəli mütəxəssis kimi bu laboratoriyanın fəaliyyətində geniş, əhatəli, işgüzar təklifləri sayəsində, bir çox sahələrdən, kəlağayıçılıq, yun corabların növləri, adları, Şəki memarlığının milli xüsusiyyətləri və s. haqqında xeyli məqalələr dərc olunmuşdur. Nərgiz xanım Elmi Mərkəzdə aparılan işlərlə yanaşı şəhərin ictimai işlərində də yaxından iştirak etmiş, uşaq evinin kollektivi ilə uzun müddət sıx əlaqə saxlamış diqqət və qayğısını kimsəsiz balalardan əsirgəməmişdir.

1990-cı ildən 2007-ci il avqustun 1-dək Nərgiz xanım Şəki Regional Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həm də o, mərkəzdə “El sənətləri” qrupuna rəhbərlik edib. 

 Nərgiz  xanım  Şəkiyə gələndən sonra Elmi Mərkəzin fəaliyyətində xeyli canlanma yarandı, folklorşünaslıq və el sənətləri laboratoriyasında bir – birinin ardınca xeyli kitablar və məqalələr çap olunmağa başlandı. Şəki folklorunun toplanması, regionda yaşayan azsaylı xalqların folklorunun öyrənilməsi, elmi kadrların hazırlanması işləri günün tələbləri səviyyəsinə qaldırıldı. Iki nəfər aspirant namizədlik dissertasiyası müdafiə  etdi.  Bir nəfərin elmi işi müdafiəyə təqdim edilib, bir nəfər dissertant isə öz  elmi işini tamamlamaq üzrədir.  

Bu qeyd  olunan  uğurların  hamısında  Nərgiz xanımın çox böyük  xidmətləri olub. 
        O, Elmi Mərkəzə öz zəngin arxivini təhvil verib. Arxiv materialları içərisində çox qiymətli məlumatlar vardır ki, onlar gələcək araşdırmalarını gözləyir. 

Bu gün artıq Nərgiz xanım Haqq dünyasındadır.  Bir daha ona Uca Tanrıdan  rəhmət diləyib, yaxınlarına və əzizlərinə Allah səbr versin deyirik.

  Nərgiz Əsgərzadənin xatırəsi onu tanıyanların, vaxtilə onunla bir yerdə çalışan insanların yaddaşında daim yaşayacaqdır.