TƏBRİK EDİRİK!
Fev 23, 2017 | 12:39

Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev!

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması barədə imzaladığınız Sərəncamınıza görə sizə təşəkkür edirik.

Təhsil, elm və mədəniyyətimizin inkişafı yolunda, Azərbaycana və ümumiyyətlə türk millətinə aid olan milli-mədəni sərvətlərimizə sahib çıxmaq istiqamətində Mehriban xanımın uzaqgörənliyi və misilsiz xidmətləri danılmazdır. Əminik ki, bundan sonra Mehriban xanımın imkanları daha da artacaq və o, öz xeyirxah fəaliyyəti ilə daha böyük müvəffəqiyyətlərə imza atacaqdır.

İmzaladığınız Sərəncamın Azərbaycan üçün vacib olduğuna inanır, vətənimiz və xalqımız üçün düşərli olmasını arzulayırıq!

 

 

Hörmətli Mehriban xanım!

 

Möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam – Sizin Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunmağınıza çox sevindik.

Sizin şəxsinizdə öz vətənini dərin məhəbbətlə sevən, onun inkişafı və möhkəmlənməsi uğrunda durmadan çalışan, təhsilimizin, mədəniyyətimizin inkişafında, Azərbaycan millətini yüksək intelleqtə, qabiliyyət və bacarığa – fitri isteda malik millət kimi dünyaya tanıtdırması yolunda çox işlər görmüş, müvəffəqiyyətlər əldə etmisiniz. Bundan sonra imkanlatınız daha da artmış olacaq. Ona görə Allahdan Sizin yeni-yeni uğurlu layihələrə imza atmağınıza, daha qətiyyətli və işgüzar olmağa imkan verməsini diləyirik. Bizlər də həmişəki kimi Sizi dəstəkləyəcək, bizdən asılı olan hər bir iş və vəzifəni layiqincə yerinə yetirməyə çalışacağıq.

Bütün Dünya azərbaycanlılar kimi biz də Sizi Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunmağınız münasibəti ilə ürəkdən təbrik edir, ulu tanrıdan Sizə uzun ömür, can sağlığı, çətin və şərəfli işinizdə uğurlar arzu edirik.

Dərin hörmət və ehtiramla,

Yusif Şükürlü

AMEA Şəki Regional Elmi Mərkəzin direktoru,

fiz.-riy.ü.PhD, dosent, AYB-nin üzvü.