Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti haqqında

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü

Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 1972-ci il tarixli iclasnın qərarı ilə akademiyanın Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası (ŞZEB) yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi.

Sonralar Elmi Bazada müvafiq qruplar “Geologiya”, “Genofond”, “Biokimya” və “Biofizika” qrupları yaradılmışdır.

Akademiyanın Rəyasət Heyətinin 6 aprel 1995-ci il 13/1 saylı  qərarına əsasən Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verildi. Həmin qərarla Elmi Mərkəzdəki beş tədqiqat qrupu laboratoriyaya çevrildi və əlavə olaraq iki yeni - Sellərin öyrənilməsiFolklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıaraq, laboratoriyaların sayı 7-yə çatdırıldı.

2014-cü ildə Şəki Regional Elmi Mərkəzdə AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq, struktur dəyişiklikləri həyata keçirilmişdir. İş şəraitimiz nəzərə alınaraq, labaratoriyalar şöbə kimi adlandırılmışdır.

Şöbələrin fəaliyyət istiqamətlərinə görə yeni adları Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biokimyası, Molekulyar biofizika, Tut ipəkqurdunun seleksiyası, Bitkilərin genofondu və biomüxtəliflik, Folklorşünaslıq və el sənətləri, Tarixi irs və etnoqrafiya şöbələri kimi təsnif edilmişdir.

AMEA Şəki Regional Elmi Mərkəzin əsas fəaliyyət istiqamətləri bunlardır:

  1. “Azərbaycanın insan, heyvan və bitki genofondunun tədqiqi, genetik kolleksiyalarının və məlumat  bazalarının yaradılması”  (“Tut ipəkqurdunun seleksiyası” şöbəsi)
  2. “Regionlarda yabanı bitkilərin genetik ehtiyyatlarının təbii areallarında tədqiqi, mühafizəsi, bərpası, çoxaldılması, reintroduksiyası və səmərəli istifadəsi üzrə fəaliyyətin həyata keçirilməsi” (“Bitkilərin biokimyası” və “Bitkilərin Genofondu və Biomüxtəliflik” şöbələri)
  3.  “Təbii fəlakətlərin və texnogen sferadakı baş verə biləcək təhlükələrin proqnozlaşdırılması və operativ məlumatlandırılması” (“Landşaftşünaslıq” şöbəsi)
  4. “Regionlar üzrə ekosistemə dair tədqiqatların aparılması, ekoturizm potensialından səmərəli istifadənin yollarının müəyyənləşdirilməsi” ("Ekoloji coğrafiya" şöbəsi)
  5. “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatların, o cümlədən bioloji müxtəlifliyin tədqiqi və səmərəli istifadəsində müasir yanaşmalar” (“Ekoloji Biofizika” şöbəsi)
  6. “Milli-mənəvi irsin dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasına aid məsələlərin işlənib hazırlanması, Azərbaycan tarixinin, xüsusən ən yeni tarixin tədqiqi”(“Tarixi İrs və Etnoqrafiya” və “Folklorşünaslıq və el sənətləri” şöbələri)

        Azərbaycan Pespublikasının Şəki-Zaqatala zonası zəngin təbii coğrafi şəraitə malikdir. Bu bölgə əlverişli iqlimi, məhsuldar torpaqları, rəngarəng bitki və heyvanat aləmi, sənaye və kənd təsərrüfatı  obyektləri, yol və kommunikasya sistemləri, tarixi, mədəni, irsi və təbii sərvətləri ilə fərqləndiyinə görə və bu bölgədə kompleks elmi-tədqiqat işləri aparılması üçün hər cür şəraitin olması nəzərə alınaraq, Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilmiş, aşağıdakı problemlərin elmi araşdırılması Şəki ZEB-na və hal-hazırda AMEA-nın Şəki REM-nə həvalə olunmuşdur:

  1. Bölgənin landşaftının, yerli flora və fauna ehtiyatlarının öyrənilməsi və istifadə edilməsi, təbiət abidələrin bərpası;
  2. Torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə tədbirlərinin müəyyənləşdirilməsi
  3. Bölgənin becərilən perspektiv bitkiləri üzrə genetika-seleksiya işləri və stasionar tədqiqatların aparılması;
  4. Biogeokimyəvi əyalətin tədqiqi. Bölgəyə xas olan yerli cins heyvan, quş və həşəratların genetikası və fiziologiyasının öyrənilməsi. Tibbi-bioloji tədqiqatlar aparılması üçün xətti təcrübi (laborator) tinglik və şitilliklərin, heyvan, quş və həşəratların yetişdirilməsi məqsədi ilə yetişdirmə müəssisələri (məntəqələri) yaradılması;
  5. Bölgənin xalq təsərrüfatı ilə əlaqəli bütün effektiv sahələrin inkişaf perspektivlərinin iqtisadi və coğrafi imkanlarının öyrənilməsi;
  6. Tut və qeyri-tut (vəhşi) ipəkqurdu baramasının kompleks fiziki metodlarının tədqiqi, heyvandarlıq, quşçuluq və arıçılıqda fiziki amillərin tətbiqinin stimullaşdırılması;
  7. Böyük Qafqazın cənub yamacının müvafiq zonasında mövcud olan yeraltı sərvətlərin sonrakı perspektivlərinin aşkar edilməsi məqsədi ilə axtarış işlərinin aparılması, eləcə də, sənayedə istifadə edilməsi və işlənməsi imkanları üçün yerli xammal ehtiyatlarının öyrənilməsi;
  8. Bölgədə təşəkkül tapan folklor və el sənətkarlığına aid olan örnəklərinin toplanması, sistemləşdirilməsi, araşdırılması və nəşr üçün hazırlanması;
  9. Bölgənin qədim dövr, orta əsrlər, yeni və müasir tarixinin, arxeologiyasının və etnoqrafiyasının araşdırılması, elmi nəşrlərdə və KİV-də işıqlandırılması
  1. Belnəlxalq əməkdaşlıq:
  1. Bolqarıstan Plovdiv Aqrar Universiteti.
  2. Bolqarıstan Vratsa İpəkçilik və Əkinçilik üzrə Təcrübə stansiyası.
  3. Tacikistan Kənd Təsərrüfatı Akademiyası Xudjənd İpəkçiik Təcrübə stansiyası.
  4. Özbəkistan Daşkənd Elmi-tədqiqat İpəkçilik İnstitutu.
  5. Gürcüstan Kənd Təsərrüfatı Akademiyası.
  6. Hindistan Maysori İpəkçilik üzrə Təlim və Tədris Mərkəzi.

       2. Ölkədaxili əməkdaşlıq:

  1. AMEA Genetik Ehtiyatlar İnstitutu.
  2. AMEA Coğrafiya  İnstitutu.
  3. AMEA Dendrologiya İnstitutu.
  4. AMEA Zoologiya İnstitutu.
  5. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.
  6. AR Kənd Təsərrüfatı nazirliyi Gəncə Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu.
  7. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi

 Nəaliyyətlərimiz

  • AMEA ŞREM-in əməkdaşları təkсə 2018-ci ildə 5-i Türkiyədə və bir də Ukraynada olmaqla olmaqla 16 konfransda iştirak etmişlər. Bu konfranslarda əməkdaşlarımızın 23 tezis konfrans materialları çap olunmuşdur.
  • Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dair (2018-2025-ci illər) dövlət Proqramına müvafiq olaraq, AMEA-nın bu Proqram üzrə Aparıcı müəssisəsi olan ŞREM-in bir nəfər əməkdaşı, 02.12.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək, - bir ay müddətinə Hindistan Respublikasının Maysori şəhərindəki İpəkçilik üzrə Mərkəzi Elmi-tədqiqat və Tədris İnstitutuna - treninqə göndərilmişdir.
  • 2019-cu ilin mart ayında həmin İnstitut ilə AMEA ŞREM arasında əməkdaşlıq protokolunun imzalancağına dair ilkin razılıq əldə edilmişdir.
  • 2017-ci ildən başlayaraq, Şəki Regional Elmi Mərkəzin əməkdaşları – AMEA Genetik Ehtiyatlar İnstitutu, İdarəetmə Sistemləri İnistitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Elmi Tədqiqat Əkinçilik İnstitutu, Bolqarıstanın Plovdiv Aqrar Univeristeti, Vratsa İpəkçilik Təcrübə Sınaq Stansiyası ilə birlikdə “Azərbaycanın Şimal-Qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqroekoloji inkişaf modelinin işlənib hazırlanması” mövzusunda Elm fondunun (EİF KETPL 2 2015 1 (25)-56/44/3-M-33)) Beynəlxalq Qrant Layihəsi üzrə işi davam etdirirlər.
  • AMEA, BACSA (Qara dəniz, Xəzər dənizi və Orta Asya - Böyük İpək Yolu üzərində olan dövlətlərin ipəkçilik üzrə assosiasiyası) və Şəki Regional Elmi Mərkəzin təşkilatçılığı ilə 2017-ci ilin 2-7 aprel tarixində, Azərbaycan İpəkciliyi elminin tarixində birinci dəfə, Şəki şəhərində 10 ölkədən - Azərbaycan, Bolqarıstan, Çin, Tailand, Kuba, Türkiyə, Rusiya, Tadjikistan, Rumıniya, Gürcüstanın ipəkçiliklə məşğul olan alim və mütəxəssislərinin iştirak etdiyi BACSA-nın “İqlim dəyişikliyi və kimyəvi maddələr – ipəkçiliyin yeni problemləri” - "CLISERI" 2017 mövzusunda 8-ci Beynəlxalq konfransı keçirilmişdir. ŞREM-də konfransın maretialları nəşrə hazırlanmış və 100 nüxsə olmaqla nəfis şəkildə cap edilmişdir. Bu il də 8-12 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində BACSA-nın 9-cu konfransında fəal iştirak etmişik.
  • 2015-2018-ci illərdə mərkəzin əməkdaşlarının 200 elmi məqaləsi və tezisi müxtəlif elmi jurnallarda dərc olunmuşdur ki, bunlardan 32-si xaricdə çap olunmuşdur
  • 2015-2018-ci illərdə 1 nəfər elmlər doktoru və 25 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertant kimi AMEA-nın müvafiq institutlarına təhkim olunmuşdur.
  • 2019-cu ildə AMEA Şəki REM-in iştirakçısı olduğu “Azərbaycan şimal-qərb bölgəsinin aqro-ekoloji inkişaf modelinin hazırlanması” layihəsi üzrə AMEA-nın digər institutlarının və Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının Vratsa İpəkçilik üzrə Təcrübə Sınaq Stansiyası və Plovdiv Aqrar Universitetinin iştirak etdiyi Beynəlxalq layihə üzrə hesabat Elmin İnkişaf Fonduna təqdim edilmişdir.
  • Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında (01.05.2019) qəbul edilmiş “Əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi” qərarına müvafiq olaraq fındıq qabığından alınmış bioekstraktın kimyəvi tərkibi tədqiq olunmuş və həmin bioekstrakta Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekpertizası Mərkəzi tərəfindən patent verilməsinə dair qərar qəbul edilmişdir.
  • Regionun 6 rayonunda tarixi və etnoqrafik irsin tədqiqi aparılmış, məzar daşları, pir və ziyarətgahlar tədqiq edilmiş, XVIII-XIX əsrə aid 29 növ naxış və ornamentlər aşkar olunmuş, epitafiyalar üzərindəki simvol və işarələr tədqiq edilmişdir.
  • 2019-cu ildə yerinə yetirilən bioaraşdırma və çöl tədqiqatları nəticəsində 18 növ  yabanı dərman bitkiləri aşkar edilmiş, müvafiq olaraq, “Effektiv, Perspektiv və Potensial bitkilər” qrupunda təsnif olunmuşdur.
  • Şəki REM-in əməkdaşları həmin tinglərdən götürülmüş qələm vasitəsi ilə 3 min ədəd ting yetişdirilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi ilə bağlanmış birgə elmi-texniki əməkdaşlıq müqaviləsi əsasında 1ha sahədə Amarant bitkisinin becərilməsi təşkil edilmişdir.
  • 2019-cu ilin mart ayının 29-da AMEA Şəki REM və Balakən rayon İcra Hakimiyyəti ilə birgə, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının əməkdaşlarının da iştirakı ilə “Elm Günü”-nə həsr olunmuş Elmi-praktik konfrans, 2019-cu ilin 19 oktyabrında Nəsimi-650 yubileyi münasibətilə Zaqatala rayon İcra Hakimiyyəti ilə birgə Şəki REM-in və ADPU-Şəki filialının əməkdaşlarının iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir.
  • ADPU-nun Şəki filialında orta məktəblərin VIII-XI sinif şagirdlərinin iştirakı ilə Esse yazı müsabiqəsi keçirilmiş, qaliblər, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
  • ADPU-nun Şəki filialının “Tarix və coğrafiya” ixtisası üçün “Riyaziyyat Proqramı” hazırlanmış və Azərbaycan Respublikası Təhsil nazirliyinə təqdim edilmişdir. 
  • AMEA-nın Şəki REM-nin əməkdaşları Türkiyə, Hindistan, Gürcüstan və Yaponiyada keçirilən 5 beynəlxalq konfransda iştirak etmişlər. 4-ü xaricdə olmaqla 26 elmi məqalə dərc edilmiş, xarici və yerli beynəlxalq konfranslarda 33 məqalə və tezis dərc olunmuşdur.
  • 2020-ci tədqiqat ilində AMEA Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli iclasında qəbul edilmiş “AMEA-nın 75 illik yubileyinə həsr olunmuş “Tədbirlər planına” və AMEA Rəyasət Heyətinin  4 mart 2020-ci il tarixdə keçirdiyi növbəti iclasının müvafiq qərarına əsasən Şəki REM-ində AMEA-nın 75 illik yubileyinə həsr edilmiş Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətlərini özündə əks etdirən Şəki REM-in direktoru Yusif Şükürlünün redaktoru olduğu “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri” adlı elmi əsər AMEA Şəki REM-inin mətbəsində çap edilmişdir.
  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqiat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” 30 oktyabr 2020-ci il 17/1№-li qərarının 2-ci bəndinə uyğun olaraq AMEA Şəki REM tərəfindən Təkliflər Paketi hazırlanaraq Akademiya rəhbərliyinə təqdim edilmişdir.
  • AMEA-nın Şəki REM-nin təcrübə sahəsində dərman və sənaye əhəmiyyətli 17 növ endemik və relikt bitkilərə uyğun olan sahə müəyyən edilmiş və bu bitkilərdən ibarət kolleksiya bağı salınmışdır. Bölgədə daha 12 növ yeni dərman bitkisininin yerləri aşkar olunmuş, Şəki rayonu Baş Şablalıd təbii biogeosenozunda ayrı-ayrı bitki suksessiyaları üzrə 2,5 ha ərazidə α (alfa) və ß (betta) səviyyəsində qiymətləndirmə aparılmış və nəticələr təhlil edilmişdir.
  • 29 xətt, cins və hibridlər üzərində yaz və yay yemləməsi aparılmış, ilkin nəticələr təhlil edilmişdir.
  • 2020-ci ilin toplama aparılan müddətində 22 bayatı, 1 rəvayət, 1 nağıl, 15 atalar sözü, 3 mahnı əldə olunaraq yazıya alınmışdır. Balakən rayonu ərazisində indiyədək qeydə alınmayan və tədqiqata cəlb edilməyən erkən orta əsrlərə aid 10-adək alban abidəsinin planı çəkilmiş, həmin abidələrin kataloqunun hazırlanmasına başlanılmışdır.
  • 2020-ci ildə Şəki REM-in əməkdaşları 3 kitab nəşr etdirmiş və  4 kitaba tərtibçi və ön söz müəllifi olmuşlar. AMEA Şəki REM-in əməkdaşları tərəfindən 2020-ci ildə 13 konfrans materialı və xarici indeksli jurnallarda 4 məqalə, respublika əhəmiyyətlı jurnallarda isə 8 məqalə çap etdirilmişdir.
  • AMEA Mərkəzi Elmi Kitabxanasının sərgi zalında AMEA-nın Şəki REM-i üçün ayrılmış xüsusi guşədə Şəki REM-in əməkdaşları tərəfindən, həmçinin regionun qabaqcıl şair və yazıçılarının nəşr etdirilmiş 232 ədəd kitab, monoqrafiya və çap məhsulları ekspozisiyada yerləşdirilmişdir. Şəki REM əməkdaşlarından 4 dissertantın dissertasiya işləri tam hazırlanmışdır və təhkim olunduqları institututların müvafiq şöbələrində müzakirə edilərək müdafiəyə təqdim edilməsi üçün rəylər əldə olunmuşdur.