Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində

2020-ci tədqiqat ilində alınan ən mühim elmi nəticələr, uğur və nəaliyyətlər.

 

Zaqatala-Balakən polimetal yataqlarının aşınma materiallarından ibarət olan lil məhsulları elmi tədqiqat işlərində mühüm əhəmiyyət kəsb edir. İrimiqyaslı topoqrafik xəritələrdən istifadə edərək götürülən (Mazımçay, Balakənçay və Katexçayın gətirmə konuslarında) nümunələrdə hidrotermal prosesin indikatorları – Cu, Zn, Pb və Mo elementlərinin miqdarının artması xarakterikdir. Kimyəvi elementlərdən Fe, Co, Cu, Zn və s. çayların lil materialında orta fona nəzərən yüksəlməsi bu ərazilərdə biogeokimyəvi proseslərin intensiv getməsilə əlaqədar olaraq torpaqların da faydalı mikroelementlərlə zənginləşməsinə səbəb olmuşdur.

İcraçılar: geologiya-mineralogiya elmləri doktoru N.Novruzov, geologiya-mineralogiya

 üzrə fəlsəfə doktoru H.Mustafabəyli

Bölgənin folklor nümunələrinin növ və janr xüsusiyyətləri araşdırılmış, əldə olunan materiallar arasında kiçik və lirik növün janrlarının üstünlük təşkil etdiyi təsdiq edilmişdir.

Bölgənin yazılı ədəbi irsinin tədqiqi göstərir ki, nümunələrdə toponimik vahidlər və dialekt xüsusiyyətlər yer alır ki, bu da onların məhz bu bölgəyə aidliyini sübut edir.

İcraçılar: filologiya üzrə fəlsəfə doktoru K.Adışirinov, filologiya üzrə fəlsəfə doktoru U.Mürşüdova, P.Zakirova

 XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində erməni təxribatlarının Şəki qəzasında sosial-iqtisadi və mədəni həyata, həmçinin əhalinin say və etnik tərkibinə təsirini özündə əks etdirən monoqrafiya hazırlanmışdır.

 Balakən rayonu ərazisində indiyədək qeydə alınmayan və tədqiqata cəlb edilməyən erkən orta əsrlərə aid 10-dək alban abidəsinin planı çəkilmiş, həmin abidələrin kataloqunun hazırlanmasına başlanılmışdır.

 İcraçılar: R.Həsənov, tarix üzrə fəlsəfə doktoru A.Məmmədov, E.Abdurahmanov

Tut ipəkqurdunun “Yaqub”, “Çingiz” cinsləri və “Çingiz x Yaqub”, “Yaqub x Çingiz” hibridləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət reyestrinə daxil edilmişdir. Tut ipəkqurdu cins və hibridlərinin təsərrüfatlarda tətbiqinə dair təkliflər hazırlanıb Azərbaycan Respublikasının

 1/3

Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.

Dünya təcrübəsində ilk dəfə olaraq ipəkçilik sənayesində istifadə məqsədi ilə Böyük tovuzgözlü (Saturnia pyri) populyasiyasının kəpənəkləri əldə olunmuş və laboratoriya şəraitində onların baraması alınmış, bioloji göstəriciləri müəyyən edilmişdir. “Armud saturniyasının (Saturnia pyri) ipəkçilikdə tətbiqi” adlı iddia sənədini müəlliflik şəhadətnaməsinin və patentinin alınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim edilmiş, 2020-ci ildə ekspertizadan keçərək müsbət rəy əldə olunmuşdur.

İcraçılar: biologiya üzrə fəlsəfə doktoru Q.Bəkirov, Z.Şükürova, A.Mustafayev

Müəyyən edilmişdir ki, Şingilə (Chondrilla L.) dərman bitkisinin meyvəsində 0,69 mq% karotin, 7,35 mq% karotinoidlər, 16,0% şəkər, 103,0 mq% vitamin C, 0,90% flavonoidlər, 5,62 mq% vitamin E vardır. Yarpaqda bu göstəricilərin müvafiq olaraq, 5,20; 17,16; 1,20; 171,0; 1,50; 4,37% təşkil edir. Bu bitkinin bütün vegetativ orqanlarında 30-a yaxın mineral elementin olduğu aşkar edilmişdir. Bitkinin yarpaq və meyvələrində üstünlük təşkil edən K, Na, Mg, Ca, Al elementlərinin miqdarı digər elementlərə nisbətən daha çoxdur. 

İcraçı: biologiya üzrə fəlsəfə doktoru Z.Xəlilov

 İpəkçiliyin yem bazasının artırılması məqsədi ilə Çindən gətirilmiş F-892, Özbəkistandan gətirilmiş və yerli sort tut ağacının çilik üsulu ilə artma dinamikası müqayisəli təhlil olunmuş, yerli sortdan ümumi sayın 95%-ni təşkil edən 286 ting göyərmə və boyatma göstəricilərinə görə ən yaxşı nəticə vermişdir. Yarpağın ölçülərinə görə ən yaxşı nəticə Çindən gətirilmiş

F-892 sortunda qeydə alınmışdır. Ən hündür boylu zoğ verən tinglər ortalama 54.5 sm olmaqla yerli sortlarda qeydə alınmışdır.

“Azərbaycan Respublikasında Biomüxtəlifliyin qorunmasına dair Dövlət proqramı” və AMEA Rəyasət Heyətinin buna müvafiq olaraq qəbul etdiyi “Biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Qərar”nın icrası ilə bağlı Şəki rayonu Baş Şabalıd təbii biogeosenozunda ayrı-ayrı bitki suksessiyaları üzrə α (alfa) və ß (betta) səviyyəsində qiymətləndirmə aparılmış və nəticələr təhlil edilmişdir.

İcraçı: C.Məmmədov

Orqanoleptik xassələrin yaxşılaşdırılması məqsədilə mal-qara kəsimi zamanı ortaya çıxan və kollagen tərkibli ikinci növ yığıntı məhsulu - qarın radioprotektor xassəsinə malik dimetilsulfoksid və xörək duzu qarışığı (DMSO+NaCl) ilə emal edilmişdir. AMEA-nın Şəki

REM-in ixtirası olan və farşına emal edilmiş həmin məhsuldan çiy halda 7% əlavə etməklə hazırlanmış yüksək rentabelli 2-ci növ yarım hisəverilmiş “Şeki” kolbasanın funksional qida məhsulu kimi istifadəsinin mümkünlüyü müəyyən edilmişdir.

 Müəyyən olunmuşdur ki, fibroin mikrolifinin ifrat quruluşunu mikrolif boyu təkrarlanan və mikrofibrilin kütləsinin ~40%-ni təşkil edən amorf aralıqlarla (A) bir-birinə bağlanan “dartılmış”

2/3

quruluşa malik və mikrofibrilin ~55%-ni təşkil edən kristallitlər (DQK) təşkil edir. Mikrolifin yan tərəflərində isə “qırçınlı” quruluşa malik və mikrofibrilin kütləsinin ~10%-ni təşkil edən kristallitlər (QQK) mövcud olur. Mikrofibril məhlulda həll edildikdə, birinci mərhələdə mikrolifə zəif bağlı olan QQK hissəciklər, ikinci mərhələdə amorf hissə həll olunur və mikrofibril dağılır. Həmin mərhələdə DQK hissəciklər dağılmaqda olan mikrolifdən ayrılıb məhlula keçir. Kristallik hissəciklər həll olmağa başlayana qədər, tərkibcə fibroininin yüksək aminturşu müxtəlifliyinə malik olan məhlulu alınır. 

Müəyyən edilmişdir ki, amarant bitkisinin bütün növləri üçün yarpaq və çiçəklərində boyaq ekstratının toplanması dinamikası, təqribən, eynidir. Amarantdan alınmış antosianin E163 boyağı ilə zülal mənşəli liflərin (ipək və yun) boyanması üçün optimal şərait və müddət təyin edilmişdir: pH = 5,2; T = 900C; t = 20 dəq.

İcraçılar: fizika üzrə fəlsəfə doktoru Y.Şükürlü, E.Bəkirova, V.Atayeva, A.Salmanova Azərbaycan və Gürcüstan dövlət sərhəddi boyunca Mazımçayın sahil ərazisində

(41047'31.45" C / 46019'58.80" B, h = 410 m) yuyulma prosesinin intensivləşdiyi və Balakənçayda Filizçaydan axıdılan tullantılar hesabına ekoloji tarazılığın pozulması müşahidə olunmuşdur.

 İcraçılar: Y.Rəhimov, Q.Ağabalayev