AMEA Şəki Regional Elmi Mərkəzində 2018-ci ildə icra olunan elmi və elmi-təşkilatı   fəlaiyyətində ən mühüm nailiyyətlər.

  1. Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri , akademik Ramiz Mehdiyevin 21 oktyabr 2016-ci il tarixli 104 nömrəli “Dövlət orqanlarında , dövlət mülkiyyətində olan və payların nəzarət zərti dövlətə məxsus olan hüquqi şəxslərdə və büdсə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası” Sərəncamının icrası haqqında AMEA Prezidentinin 02 mart 2018-ci il tarixli sərəncamının icra vəziyyəti ŞREM-in Elmi Şurasının 9 mart 2018-ci il tarixli 2 nömrəli iclasında müzakirə edilərək icra edilməsinə qərar qəbul edilmişdir.

     Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin16 may 2017-ci il tarixli Sərəncamına uyğun , Şəki İcra Hakimiyyətinin 5 yanvar 2018-ci il tarixli 2 sayı sərəncamında nəzərdə tutulmuş Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı aprel ayının 30-unda  “Azərbaycan Xalq Cümhuriyyəti – şərəf və ləyaqət tariximiz”  adlı elmi-nəzəri  konfrans keçirilmişdir.

      Azərbaycan  Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 22 sentyabr 2017-ci il tarixli 10/2 saylı qərarı ilə “Azərbaycan Respublikası İqtisadiyatının əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndəki tapşırıqların icrası üzrə AMEA-nın “Tədbirlər Planı”nda AMEA Şəki Regional Elmi Mərkəz üzrə tapşırılmış “Təbii rəngli ipək alınması texnologiyasının patentləşdirilməsi və sənayedə tətbiqinə hazırlanması” işinə dair tədqiqat işləri davam etdirilmişdir.

     AMEA  Rəyasət Heyətinin 20 dekabr 2017-ci il 14/10 saylı qərarı ilə”Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025illər üzrə Dövlət Proqramı”nın gerçəkləşdirilməsi üçün təsdiq edilmiş “Tədbirlər Planı”nda AMEA Şəki Regional Elmi Mərkəzə tapşırılmış bəndlər üzrə tədqiqatlar icra edilmişdir.

      8.2.2. bəndi üzrə mövcud maddi-texniki imkanlar əsasında yeni yaradılmış məhsuldar 3 cins və hibrid dövlət, sort-sınaq komissiyasına təqdim olunmuşdur.  

     8.2.4. bəndi üzrə qabaqcıl təcrübənin və texnologiyaların öyrənilməsi və tətbiqi məqsədilə Çin ölkəsindən gətirilmiş toxmaçar tinglərindən ibarət 2017-ci ildə 5000 ədəd, 2018-ci ildə 10000 ədəd AMEA-nın təcrübə sahəsində əkilmiş və 3 ha sahədə tut tinglərindən ibarət plantasiya yaradılmışdır. Əlavə olaraq 2017-ci ildə həmin tinglərdən götürülən qələm materialı əsasında 3000 ədəd ting yetişdirilmişdir. 8.2.4. bəndi üzrə Bolqarıstandan gətirilmiş 3 hibrid üzərində süni yem tətbiq etməklə tədqiqat işləri yerinə yetirilmiş, alınmış barama və ipək sapının texnoloji və bioloji göstəriciləri təyin edilmişdir.

    8.4.4. bəndi üzrə “Baramaçılıq və ipəkçilik sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətin təşkili, informasiya-kommunikasiya texnologiyalarından, imkanlarından geniş istifadə edilməsi” bəndi üzrə, 2018-ci ildə ŞREM-in əməkdaşları tərəfindən “Çəkil tinglərinin yetişdirilməsi, tut ipək qurdunun yemlənməsi və barama istehsalına dair” 45 səhifəlik Metidiki Təlimat hazırlanmış 100 nüsxə çap olunaraq region fermerlərinə və kümdarlara pulsuz paylanmışdır. Bundan başqa barama istehsalı ilə məşğul olan kümdarlar və fermerlər üçün Balakənvə Zaqatala rayonunda 27,28 aprel 2018-ci il, Şəki rayonu Fazıl kəndində 07 iyul tarixlərdə seminarlar təşkil edilmiş, maariflənmə tədbirləri yerinə yetirilmişdir. Seminarların mözvuları aşağıdakılar olmuşdur:

  1. “Ekoloji təmiz” barama məhsulu, istehsalı və ipəkçilikdə innovasiyalar.
  2. Tut ipək qurdunun inkubasiyası, yemlənməsi və aqrotexniki qulluq.
  3. Çəkil tinglərinin yetişdirilməsində aqrotexniki qaydalar.

 2018-ci ilində Şəki Regional Elmi Mərkəzində yeni istiqamətlər üzrə  təsdiq  edilmiş iş planlarına uyğun elmi tədqiqat işləri yerinə yetirilmiş və əhəmiyyətli nəticələr əldə olunmuşdur. Elmi tədqiqat planına uyğun olaraq 8 şöbə üzrə 8 mövzu daxilində tədqiqat işləri yerinə yetirilmişdir. Aşağıdakı ən mühüm nəticələr alınmışdır.

  1. Kiş çayının Damarçın qolunda, elmi mənbələrdə adları qeydə alınmayan, dəniz səviyyəsindən h=1668 hündürlükdə, koordinatları N - 41˚17`37``,   E-47˚15`05`` olan “Xudgər” (h=14,8 m), N-41˚17`38``, E-47˚17`08``  “Kəndirsallayan” (h=6,0m) şəlalələrinin koordinatları qeydə alınmışdır.
    İcraçılar: Y.Rəhimov, Q.Ağabalayev
  2. Oğuz rayonu ərazisində Təbaşir və Yura çöküntülərinə aid Daşağılçay yatağında 21 növ, Qalaçay yatağında 24 növ süxur materialları aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən Govurdərə və Filfilli kimi biogeosenozların fauna və florasının zənginliyi bununla bağlıdır.

İcraçılar: g-m.e.d. N.Novruzov, g-m.ü.f.d H.Mustafabəyli

  1. Oğuz rayonu ərazisindən toplanmış folklor nümunələri arasında kiçik janrlar üstünlük təşkil edir. Həmin nümunələrdə işlənən onomostik vahidlər folklor nümunələrinın Azərbaycanın Şimal-Qərb regionuna aid olduğunu sübut edir.

İcraçılar: P.Zakirova, fil.F.ü.d. K. Adışirinov, fil.f.ü.d. U.Mürşüdova

  1. Oğuz rayonun ərazisində XVIII-XX əsrin əvvəllərinə aid tədqiqata cəlb edilən qəbrüstü abidələr ümumazərbaycan mədəniyyətinin subyektlərindən olmaqla, regionun digər rayonları ilə müqayisədə tərtibat baxımından oxşarlıq təşkil edir. Həmin ərazidəki epiqrafik nümunələri həm kəmiyyət, həm də ornament və simvolların, ayə və hədislərin azlığı ilə səciyyələnir.

İcraçılar: R.Həsənov, E.Abdurahmanov, t.ü.f.d A.Məmmədov

  1. AMEA ŞREM-də yaradılan“Yaqub, Çingiz, Yaqub x Çingiz, Çingiz x Yaqub tutipəkqurdunun cins və hibridlərindən yüksək nəticə əldə edilmiş və dövlət sinağından keçirilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.

İcraçılar: b.ü.f.d Q.Bəkirov, A.Müstafayev, Z.Şükürlü

  1. İlk dəfə olaraq Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı Quşarmudu (Sarbus L.)  və Yergilası (Physalis L.) dərman  bitkilərinin meyvə və yarpaqlarında makro və mikroelementlərdən- K, Na, Mg, Ca, Ti, V, Cr, Mn, Fe, Ni, Cu, Rn, Zn, Sr, Al, Ba,Nb elementlərinin miqdarı aşkar edilmiş, bunlardan K, Na, Mg, Ca, Al elementlərinin miqdarının daha yüksək olduğu müəyyən edilmişdir.

İcraçılar: b.ü.f.d Z.Xəlilov

        7. Şəki-Zaqatala bölgəsindən aşkar edilmiş xalq seleksiyasına aid 15 armud sortlarının generativ orqanlarında erkəkciklərin sayı 17.1-25.0 ədəd arasında olub, ən yüksək erkəkcik sayına                 malik sortların seleksiya işlərində tozlayıcı kimi istifadəsi əhəmiyyətli hesab edilir.

İcraçılar: C.Məmmədov

  1. Azərbaycanın Şimal-Qərb regionunda amarant bitkisinin toxumundan soyuq sixma və ekstraksuya üsulları ilə alınmış yağın fiziki-kimyəvi göstəriciləri müəyyən olunmuş, həmin ərazidə amarant bitkisinin becərilməsinin perspektivli olması müəyyən edilmişdir.

İcraçılar: E.Bəkirova, V.Atayeva

     AMEA Rəyasət Heyəti tərəfindən il ərzində verilən sərəncamların icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

    30 aprel 2018-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli ElmlərAkademiyası Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximiz” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.      

    2018-ci ildə ŞREM-in əməkdaşları tərəfindən fil.ü.f.d Mürşüdova U.B. “Azərbaycan və Şimali Amerika Hindu folkloru” monoqrafiyası, prof. Ibrahimov F.N. “Orta ümümtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyata keçirilmə texnologiyası” kitabı, fil.ü.f.d Mürşüdova U.B. “İngilis dilinin tədrisi metodikası” ,prof. İbrahimov F.N. və r.ü.f.d Abdurahmanov V.Ə. “Cəbr fənninin   “ Matrislər və determinantlar” bölməsinin tədrisi”, dos.Şükürlü Y.H., dos. Bəkiorv Q.M.vəs. “Çəkil tinglərinin yetişdirilməsinin tut ipəkqurdlarının yemlənidrilməsi və barama istehsalına dair” metodik vəsaitləri və 3 Tədris proqram qrif alınaraq  nəşr olunmuşdur.

    2018-cü ildə elmi-tədqiqat işləri ilə yanaşı nəzərdə tutulmayan  bir sıra istiqamətlər üzrə də araşdırmalar aparılmış və müvafiq Fondlara təqdim edilmişdir.

    ŞREM-in əməkdaşları 2018-ci ildə  5-ü Türkiyədə,  1-i Ukraynada olamqla, 17 konfransda iştirak ediblər ki, bu konfranslarda 23 tezis çap olunub.

    2018-ci ildə mərkəzin əməkdaşlarının  2-si xaricdə olmaqla 26 elmi məqalə dərc olunmuşdur.

    2018-ci ildə ŞREM-in 8 əməkdaşı AMEA-nın müvafiq institutlarına fəlsəfə doktoru proqramı üzrə hazırlığı üçün  dissertant kimi təhkim olmuşlar.

     Hazırda, Elmi Mərkəzdə 96 nəfər  işçi çalışır. Onlardan 2 nəfəri elmlər doktoru,  10  nəfəri fəlsəfə doktorlarıdır.  Bir nəfərin  elmlər doktoru dissertasiyası ilkin müdafiədən keşmiş və sənədlər AAK təqdim edilmişdir. Bir nəfərin fəlsəfə doktoru dissertasiyası üzrə işi yekunlaşrılmış, ilkin müdafiəyə təqdim etmişdir.