Vüqar Əbülfət oğlu  Abdurahmanov

 riyaziyyat üzrə fəlsəfə doktoru

 Abdurahmanov Vuqar Əbülfət oğlu Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini 1994-cü ildə fərqlənmə diplomu ilə bitirmiş,  1994-2005-cü illərdə Şəki rayonunda riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2004-cü ildən AMİ-nin Şəki filialının “Təbiət elmləri və tədrisi metodikası” kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika institutunun dissertantı olmuş, 2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anlari üçün limit teoremləri və onlarin tətbiqləri”  mövzusunda dissertasiya işini müdafiə edərək , 2012-ci ildən riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildən AMİ-nin Şəki filialının “Təbiət elmləri və tədrisin metodikası” kafedrasında  baş müəllimdir. 2014 cü ilin dekabr ayından AMEA-nın Şəki Regional Elmi Mərkəzində elmi katib vəzifəsinə təyin edilmiş,AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli qərarı ilə elmi katib vəsifəsinə təsdiq olunmuşdur.

19 elmi məqalə və tezisilərin müəllifidir.