Tel. (050) 876-55-22
Faks  
Elektron poçtu

raqimhist@mail.ru 

Struktur bölmənin rəhbəri Rahim Rafiq oglu Həsənov 
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri 

Mədəni, iqtisadi, arxeoloji və elmi irsin qorunması və tədqiqi, aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası.

Azərbaycanın Şimal-qərb bölgəsinin mədəni, tarixi və etnoqrafik irsinin araşdırılması istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi.

Regionun inanc yerlərinin-pirlərin, ziyarətgahların, müqəddəs ocaqların və bunlarla bağlı ritualların tədqiqata cəlb edilməsi, müvafiq ərazilər üzrə kataloq və xəritələrin hazırlanması.

Regionda aşkar edilmiş arxeologiya, etnoqrafiya, epiqrafiya və antropologiyaya aid eksponatlar, maddi mədəniyyət nümunələri ilə bağlı araşdırmaların genişləndirilməsi, nəticələrin təbliği və nəşri.

Əsas elmi nəticələri  Regionun 6 rayonunda tarixi və etnoqrafik irsin tədqiqi aparılmış, məzar daşları, pir və ziyarətgahlar tədqiq edilmiş, XVIII-XIX əsrə aid 29 növ naxış və ornamentlər aşkar olunmuş, epitafiyalar üzərindəki simvol və işarələr tədqiq edilmiş, məzar daşlarına həkk edilmiş quran ayələri və dualar tərcümə edilərək təhlil olunmuşdur. Bölgədə nəqşbənd sufi təriqətinin daha çox yayıldığı təsdiq edilmiş, yayılan maddi və mənəvi mədəniyyətin ümumazərbaycan mədəni irsinin tərkib hissəsi olduğu təsdiqlənmişdir.