Tel. (055) 222 82 68  
Faks  
Elektron poçtu coshqun.mammadov@mail.ru 

 

Struktur bölmənin rəhbəri Məmmədov Coşqun İsrafil oğlu, dissertant  
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri   

İnnovasiya əsaslı iqtisadi yüksəlişin nəzəriyyə və metodologiyasının inkişaf etdirilməsi.

Şimal-qərb bölgəsində geniş yayılmış yabanı və mədəni tumlu, çəyirdəkli və qərzəkli meyvə bitkilərinin aşkarlanması, onların bio-ekoloji xüsusiyyətlərinin öyrənilməsi, təsərrüfat əhəmiyyətli, xalq seleksiyasına aid nümunələrin toplanması, onlara dair məlumatların əldə olunması, Genefond bağında məskunlaşdırılması və Genetik bank yaradılması

Mədəni bitkilərin və onların yabanı əcdadlarının biosenozlarda mühafizəsi, “İn-siti” və “Ex-siti” şəraitdə saxlanması, nəsli kəsilməkdə olan bitki növləri və sortlarının genetic ehtiyyatlarının pasportlaşdırılması, bərpası və mühafizəsi.

Mədəni və yabanı meyvə, dərman və dekorativ bitkilərdən ibarət təcrübə sahəsində müntəzəm olaraq calaqaltı materialın yetişdirilməsi. Regionun rayonlarına ekspedisiyaların təşkili, xalq seleksiyasına aid meyvə bitkiləri nümunələrinin aşkarlanması, məlumatların əldə edilməsi və təcrübə sahəsində məskunlaşdırılması. 
Genofond bağına köçürülmüş nümunələrə aqrotexniki qulluq göstərilməsi, vegetasiya müddəti ərzində fenoloji müşahidələrin aparılması. 

Əldə edilmiş xalq seleksiyası nümunələrinin hər birinə aid məlumatları özündə əks etdirən kartoteka tərtib etmək, nümunələri pasportlaşdırmaq. 
Mədəni bitkilərin və onların yabanı əcdadlarının təbii biosenozlarda mühafizəsi, saxlanması və elmi-tədqiqata cəlb edilməsi. 
Nadir və nəsli kəsilməkdə olan bitki növləri və sortlarının səmərəli istifadəsi, onların genetik ehtiyatlarının bərpası və istifadəsinə dair tədbirlər görmək. 

Yerli, ənənəvi aqroekosistemlərin bərpası məqsədilə tinglik təsərrüfatı təşkil etmək və tinglər yetişdirmək. 
Meyvə bağlarının məhsuldarlığının intensivləşdirilməsi məqsədilə elmi-praktiki tədbirlər yerinə yetirmək. 
Azərbaycanın Şimal-qərb bölgəsində yayılmış yabanı dərman bitkilərinin aşkarlanması, onların bio-ekoloji xüsusiyyətlərinin öyrənilməsi. 

 

Əsas elmi nəticələri

   “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin (fındıq, badam, qoz və şabalıd) inkişafına dair Dövlət Proqramı” üzrə yabanı və mədəni bitkilərin biomüxtəlifliyinın qorunması məqsədi ilə onların toxum və herbari materiallarının toplanması, qədim və yeni sortların bərpası, genofondunun yaradılması, pasportlaşdırılması milli və beynəlxalq  gen bankında qorunması tədbirlərinin davam etdirilməsi bəndi üzrə 2019-cu ildə Şəki və Oğuz rayonları ərazisindən 8 növ qoz və 5 növ şabalıd bitkilərindən qələm materialı götürülmüş, Şəki REM-in Genofond bağında məskunlaşdırılaraq,  əkini aparılmış və pasportlaşdırılmışdır. Bu bənd üzrə 2019-cu ildə yerinə yetirilən bioaraşdırma və çöl tədqiqatları nəticəsində 18 növ  yabanı dərman bitkiləri aşkar edilmiş, məlumatlar əldə edilmiş,  müvafiq olaraq, “Effektiv, Perspektiv və Potensial bitkilər” qrupunda təsnif olunmuşdur.

Ekoloji təmiz məhsul istehsalının təşviqi bəndi üzrə AMEA Şəki TDM-in torpaq sahəsinin Şəki REM üçün ayrılmış hissəsində 2017-2019-cu illərdə 30 min ədəd Çin Respublikasından idxal olunmuş və Şəki şəhər İH-nin tövsiyəsi ilə Şəki REM-ə bağışlanmış F-892 tut tinglərindən 3ha bağ salınmış, 2019-cu ildə bu bağdan məhsul götürülməsinə başlanmışdır. Şəki REM-in əməkdaşları həmin tinglərdən götürülmüş qələm vasitəsi ilə 3 min ədəd ting yetişdirilmiş, o sahədə əkilmiş və onlara da aqrotexniki qulluq davam etdirilir. 2019-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi ilə bağlanmış birgə elmi-texniki əməkdaşlıq müqaviləsi əsasında 1ha sahədə Amarant bitkisinin becərilməsi təşkil edilmiş, mövcud torpaq şəraitində yetişmə və inkişafına dair aqrobioloji göstəricilər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasında  bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli strategiya üzrə 2019-cu ildə Şəki rayonu ərazisindən toplanmış xalq seleksiyasına aid 18 alma və 6 armud növündən 80 ədəd tingə təkrar qələm calağı vurulmuşdur. Şəki rayonu Baş Şabalıd təbii biogeosenozunda 2500m2 sahədə biomüxtəlifliyə dair müqayisəli təhlil aparılmış, mühafizə edilən ərazidə 20 növ üzrə 135 növ ağac və kol bitkisi qeydə alınmış, 700-800 metr yüksəklikdə meşənin 70%-nin tumlu, çəyirdəkli, qərzəkli, giləmeyvəli ağac və kol bitkilərinin olduğu müəyyən edilmişdir. Digər qonşu ərazidə bu göstərici 30% olmuşdur. Şəki rayonu Baş Zəyzid kəndi ərazisində dəniz səviyyəsindən 1300 metr yüksəklikdə Baş Küngüt kəndinin Keşnəzər ərazisində, Böyük Dəhnə, Acınohur və Çay Qaraqoyunlu ərazilərində çöl-tədqiqat işləri yerinə yetirilmiş və aşkar edilmiş 38 növ müalicəvi bitki və onlara dair məlumatlar əldə olunmuş və onların təsnifatı aparılmışdır. Yerli xalq seleksiyası sortlarından 0,3ha yeni qoz, 0,5ha fındıq, 0,25ha çaytikanı və 1.6ha ərazidə tut bağı salınmışdır.

2018-2019-cu  illərdə xalq seleksiyasına məxsus Balakən, Zaqatala, Qax rayonlarından toplanaraq təcrübə sahəsində yetişdirilmiş 9 sort üzrə 27 ədəd alma, 11 sort üzrə 33 ədəd armud tingi ana bağlara köçürülmüşdür.Çindən gətirilmiş10 min ədəd F-892 tut ağacı sortu təcrübə sahəsində əkilmişdir.F-892 tutağacı sortu xaricdən valyuta ilə alındığından və təlabatın çox olduğu üçün regionda bu sortun cilik üsulu ilə artırılması məqsədi ilə təcrübələr aparılmışdır. Nəticədə 410 ədəd ting əldə edilərək sahəyə köçürülmüşdür.

Xəstəlik və zərərvericilərə qarşı davamlı calaqaltı əldə etmək məqsədi ilə regionun meşələrindən toplanmış yabanı tumlu meyvələrdən toxum əldə edilərək  4 sot sahədə səpilmişdir.

Şəki Zaqatala bölgəsində mövcud olan itməkdə olan armudun 15 xalq seleksiyası sortunun generativ orqanlarının tədqiqi işi aparılmışdır.Erkəkcik sayları çox olan və fertillik qabiliyyəti yüksək olan sortlar seleksiya işlərinin aparılması və yeni bağların salınmasında tozlayıcı kimi təklif olunmuşdur.Bu tədqiqat işi haqda məqalə AMEA Genetik Ehtiyatlar İnstitutunun İllik Elmi Əsərlər toplusunda dərc olunmuşdur.

Armudun şimal-qərb bölgəsində yayılmış 17  xalq seleksiyası və 2 yabanı formasının meyvələrinin biokimyəvi tərkibi tədqiq olunmuşdur.Alınmış nəticələrə dair məqalə Akademiya Xəbərləri dərgisində cap olunmuşdur.

Armudun xalq seleksiyasına aid sortların şimal-qərb bölgəsi üzrə yayılma arealı öyrənilmişdir və əldə olunan nəticələrə aid məqalə N.İ.Vavilov adına Saratov Aqrar Universitetinin elmi jurnalında (N3 2018) dərc olunmuşdur.

Şəki rayonunun dağətəyi bölgələrində 20 sort qoz, 12 sort şabalıd, 12 sort alma, 10 sort armud  bitkisinin yerləri müəyyən edilmiş, biomorfoloji göstəriciləri öyrənilərək calaq və toxum üsulu ilə təcrübə sahəsində artırılmışdır.

Şöbənin daxilində fəaliyyət göstərən  TİNGÇİLİK TƏSƏRRÜFATI haqqında məlumat:    

Tingçilik təsərrüfatı 2016-cı ildə yaradılmışdır. Bu təsərrüfat 10 nəfər işçi ilə (Baş aqronom və 9 nəfər fəhlə olmaqla) fəaliyyətə başlamışdır. Təsərrüfatda Şəki-Zaqatala bölgəsindən toplanmış meyvə-giləmeyvə, dərman bitkiləri, dekorativ bitkilər yetişdirilir. Həmçinin calaqaltı materialların hazırlanması prosesi də həyata keçirilir. Tingçilik təsərrüfatında istehsal prosesində birbaşa iştirak edən sahələr aşağıdakılardır:

  1. Toxumluq ana bağ sahəsi.
  2. Toxmaçar calaqaltılar sahəsi
  3. Calaqlıq sahəsi