Ümümi İşlər üzrə direktor müavini

          Rəhim  Həmid oğlu Abdurahmanov

    

 

Abdurahmanov Rəhim Həmid oğlu 1961-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş, 1978-ci ildə Şəki rayonu Baş Göynük kəndində Qədirbəyova Gülnarə Göylü qızı adına 1 nömrəli orta məktəbin onuncu sinfini bitirmişdir.

     1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunaavtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1984-cü ildə maşınqayırma istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir.

     1985-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şəki Zona Elmi Bazasında, mühəndis vəzifəsində işləmişdir.

    1992-ci ildə Aqroyol kollektiv müəssisəsində, 1993-1994-cü illərdə Şəki rayon “Aqrofirma Bağçılıq Birliyi” ndə mühəndis  işləmişdir.

     1999-2006- cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Zona Elmi Mərkəzində mühəndis, 2006-2015- ci illərdə baş mühəndis işləmişdir.

    2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir.