Beynəlxalq konfrans
Yan 19, 2017 | 11:52

"İqlim dəyişiklikləri və kimyəvi maddələr - yeni ipəkçilik təbilləri" mövzusunda

VIII BACSA Beynəlxalq Konfransı,“CLISERI” 2017 

 Şəki, Azərbaycan,2-7 Aprel 2017

Hörmətli həmkarlar,

Sizləri 2-7 aprel 2017-ci il tarixdə Azərbaycanın Şəki şəhərində baş tutacaq BACSA-nın “İqlim dəyişmələri və kimyəvi maddələr- yeni ipəkçilik tədbirləri” mövzusunda VIII Beynəlxalq Konfrans barədə məlumatlandırmaq istərdik.

AMEA Şəki Regional Elmi Mərkəzi ilə Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya İpək Cəmiyyəti (BACSA) arasında əldə olunmuş  birgə əməkdaşlıq haqqında razılığa əsasən Şəki (Azərbaycan) konfransa ev sahibliyi edəcək.

Konfransda iştirak üçün tut və qeyri-tut ipəkqurdu, tut yarpağı istehsalının inkişaf etdirilməsi, barama və ipəkçilik məhsulları, ipək istehsalı müəssisələri, ipəkqurdu bəslənməsi və barama istehsalı texnologiyası ilə bağlı mövzularda məqalələr qəbul olunur.

Konfransın gedişi zamanı ipəkçiliklə bağlı məıhsul və avadanlıqların nümayiş olunacağı sərgi təşkil olunacaq.

Azərbaycana səfər etmək üçün sənədləşmə işlərində tələb olunan fərdi (şəxsi) dəvət məktubu əldə etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilər.

Şəki Regional Elmi Mərkəzin direktoru Dr. Yusif Şükürlü

Şəki, Azərbaycan, 24 L. Abdullayev küç., 5500 Şəki

Tel: (+994 24) 2461712; (+994 50) 6556868; (+994 55) 4993040 ,Fax.: (+994 24) 2461712

e-mail: yusifsh@hotmail.com ; yusifsh@mail.ru

Nərminə Kabulova, koordinator

 e-mail: bacsa2017sheky@gmail.com

 Mobile (+994 50) 212 53 16

DİQQƏT! Xatırladaq ki, 12 yanvar 2017-ci il tarixdən Azərbaycanda Elektron Viza Portalı fəaliyyət göstərir və səfər etmək istəyən əcnəbi vətəndaşlar 3 addımda viza əldə edə bilərlər. Arzu edənlər tələb olunan zəruri məlumatları doldurduqdan  və müvafiq ödənişi etdikdən sonra viza əldə edə bilərlər. Elektron Viza 3 iş günü müddətində verilir, 30 gün ərzində qüvvədə qalır, ödəniş məbləği 23$-dır. Bu növ viza almaq üçün aşağıdakı internet səhifəsinə daxil ola bilərsiniz.

Hörmətlə, Professor, Doktor Panomir Tzenov

Qara dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya İpək Cəmiyyətinin (BACSA) prezidenti

Müəssisə tərəfindən hava limanında qarşılanma, konfrans məkanına çatdırılma və hava limanına geri yola salma təşkil ediləcək. Səyahət təfsilatları qeydiyyat formasında dəqiq göstərilib.

 

Qeydiyyat forması- 1 Mart 2017-ci il tarixinə qədər

Xülasə təqdimatı - 1 Mart 2017-ci il tarixinə qədər

Qeydiyyat  haqqı - 1 Mart 2017-ci il tarixinə qədər

Məqalə qəbulu- 31 Mart 2017-ci il tarixinə qədər